11 şəhərdə sınaq imtahanları keçirilib
İyunun 11-də Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirib.
Bakı, Sumqayıt,Abşeron, Naxçıvan, Gəncə,Şəki,Bərdə,Göyçay, Şirvan,Lənkəran,Xaçmazşəhərlərində təşkil olunan sınaq imtahanları saat 11.00-da başlanıb və saat 14.00-da başa çatıb.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət ediblər.