11 ayın sultanı BAŞLADI
Bu gündən Ramazan ayı başlayıb.
Adalet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.
Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək:
"Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.
Ramazan ayının ilk gününün imsak vaxtı səhər saat 06.04-də, iftar vaxtı isə saat 18.20-də olacaq.
Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Bundan başqa, Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr (Əhya) gecəsi martın 8-i, digərləri isə martın 10-u, 12-si və 16-sı olacaq.
Digər Xəbərlər
08 Mart 2026 00:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür
07 Mart 2026 17:11
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
07 Mart 2026 15:15
Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb
07 Mart 2026 12:31
8 Mart günü yağış yağacaq
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

