10 metrlik ağac restoranın üstünə aşdı - FOTO
Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.
Adalet.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.
Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.