1 milyonluq reklam - O məşhur kimdir?
1 milyonluq reklam.
Özü də necə?
Ekrana bir dəfə toxunmaqla.
İnsanlar indi qızıl küp-zad tapmırlar, bircə toxunuşla 1 milyon dollar qazanırlar.
Bunun üçün nə lazımdır?
Məsələn, instagrama yeni qoşulan Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı, keçmiş aktrisa Meqan Markl olmaq.
Və 109 min izləyicinin olması.
Vəssalam!
Özünüzü öldürürsünüz, karyerdə daş daşıyırsınız, marketdə fəhləlik edirsiniz, məşhur olun, dostlar, məşhur.
Zaman məşhur olmaq zamanıdır…
Emin


Bakı -°C

