23 Oktyabr 2018 00:29
13360
GÜNDƏM

Sumqayıt mənim gözümdə: dünən, bu gün, sabah...


İbrahim Abdullayev
Jurnalist.


Özüm haqqımda

1956-cı il yanvarın 8-də Naxçıvan MR Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşam.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. "Metallurq", "İmşaatçı", "Ədalət", qəzetlərində müxtəlif vəzifələrdə işləmişəm. "Azərbaycan Kimyaçısı" qəzetinin baş redaktoru olmuşam. 1973-cü ildən (45 il ötür) taleyimi Sumqayıtla bağlamışam.
Sumqayıt gözüm önündə inkişaf edib, böyüyüb. Son üç ildə Sumqayıt başdan-başa dəyişib. Və mən bu haqda öz təəssüratımı oxucularla bölüşmək istəyirəm.

Sumqayıt necə yaranıb

Ağsaçlı Xəzərin sahilində ildən-ilə böyüyüb gözəlləşən Sumqayıt şəhərinin adı "Sum, qayıt!" əfsanəsi ilə bağlıdır.
Bu əfsanəyə görə uzaq ellərdən gələn bir dəvə karvanı buradan keçməli olur. Su ehtiyatları qurtaran karvanda bir-birini dərindən sevən Sum və Ceyran adlı iki gənc də var imiş. Bir tərəfdən susuzluq, bir tərəfdən də isti qum üzərində getmək Ceyranı lap əldən salır. Sevgilisinin bu halına dözə bilməyən Sum Ceyrana deyir:- Sən burada qal, məni gözlə, ya ölərəm, ya da sənə su gətirərəm.
Sum gedəndən sonra sevgilisinin fəlakətlə qarşılaşacağını hiss edən Ceyran onun dalınca qışqırır:
-"Sum, qayıt!", "Sum, qayıt!",

Tarixə bir nəzər

1935-ci ilin iyul ayında SSRİ Ağır sənaye Xalq Komissarlığının Kollegiya iclasında belə qərara gəlirlər ki, Azərbaycanın yeni şəhəri və onun sənaye obyektləri Bakıdan şimalda 30-35 km məsafədə yerləşən Sumqayıtın dəmiryol stansiyası yaxınlığında salınsın. Tezliklə indiki Sumqayıt şəhərinin yerində Xəzərin qumlu sahillərində inşaatçıların ilk dəstələri göründü. Onlar sənaye müəssisələrinin, yaşayış binalarının tikintisinə başladılar.
Sumqayıtın qədim tarixi olmasa da onun qəsəbələrinin ərazisində turistlərin diqqətini cəlb edən bir neçə tarixi abidələr var. Corat qəsəbəsində iki hamam (XVI-XVII əsrlər), məscid (XVI-əsr) , məscid (XVII-əsr) Tağıyev qəsəbəsində H.Z.Tağıyevin tikdirdiyi su-nasos qurğuları yerləşən bina ( 1916-cı il)
Sumqayıt sakinlərinin orta nəslinin nümayəndələri doğma şəhərlə həmyaşdırlar. Bir vaxtlar Bakının rayonlarından biri kimi mövcud olan Sumqayıt 1949-cu il noyabrın 22-də şəhər statusu almışdır.
60-70-ci illərdə Sumqayıt sürətlə inkişaf etmiş, çoxsahəli sənaye kompleksinə, mükəmməl mühəndis və sosial infrastruktura malik olmaqla Azərbaycanın ikinci şəhərinə çevrilmişdir. 90-cı illərin iqtisadi böhranı Sumqayıtdan da yan keçmədi. Qarabağ müharibəsi başlanandan isə Sumqayıtda öz doğma yurd-yuvasından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkün məskunlaşıb.

Canlanır hər qarış yer Sumqayıtda

1973-cü ildə mən Sumqayıta gəlib Boru-prokat zavodunda işə düzələndə mikrorayonların çoxu yox idi. Şəhərdə tramvay, trolleybus nəqliyyat vasitələri fəaliyyət göstərirdi. 1978-ci ildə hərbi xidmətdən qayındanda Sumqayıtı tanımadım. Sumqayıt böyümüşdü, əhalinin sayı artmışdı. Və mən yenidən öz işimə başladım, ali-təhsil aldım. İllər ötdükcə Sumqayıt da gözümün önündə böyüyür, öz simasını dəyişirdi.

Azərbaycan uddu
Sumqayıtlılar qazandı

Rəccəb Təyub Ərdoğan yenidən Türkiyə prezidenti seçiləndən sonra bir neçə günlüyə qardaş ölkədə oldum. Orada diqqətimi Ərdoğanın sıra ilə küçə boyu vurulmuş şəkilləri və onun altında yazılmış sözlər cəlb etdi. Şəkillərin altında yazılmışdı: Türkiyə uddu, Millətimiz qazandı
Bəli Türkiyə uddu. Onun Ərdoğan kimi prezidenti var. Xalq ona inanır o da xalqa. Xalq 15 il öncə ulu öndərin layiqli davamçı cənab İlham Əliyevi prezident seçəndə Azərbaycan da uddu. Bunu görməyən göz kordur. 1915-ci ilin sentyabrında Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndə Sumqayıtlılar qazandı.
Camaatda bir inam yarandı. Çünki Zakir Fərəcov Sumqayıtın yetirməsi idi. Abşeronda icra başçısı olanda o artıq etimadı doğrultmuşdu. Hamı bilirdi ki, yeni rəhbər burada olan problemləri həll edəcək. Sumqayıtlılar onun potensialına bələd idilər. Belə də oldu. Yola saldığımız üç ildə şəhərdə mədəni inqilab oldu.
Sumqayıt əsaslı tikinti və quruculuq meydanına çevrildi. Şəhərin əsas giriş yolu olan sahil küçəsi 7,5 kilometr uzunluğunda yenidən qurulmuş yolun eni 13 metrə çatdırılmışdır. Heydər Parkı tamamilə yenidən quruldu ərazi 8 hektardan 10 hektara qədər genişləndirildi. Burada 4 mərtəbəli Heydər Əliyev mərkəzi inşa edildi.
Mərkəzdə Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, kompüter zalları, elektron kitabxana və s. fəaliyyət göstərir.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada əvvəllər bulvar olmayıb. Bu gün Xəzərin sahilində uzunluğu 4,2 kilometr sahəsi 106 hektar, sakinlərin istirahəti üçün bütün şəraiti olan, Dənizkənarı bulvara iki göz istəyir ki, tamaşa eləsin. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarını görüb vəcdə gələn şair Əvəz Mahmud Lələdağ yazır.

Mənim doğma şəhərim
Güman yerim Sumqayıt
Eşqim, gücüm, hünərim.
İlham yerim Sumqayıt
Sən mənim ümid yerim
Mənim doğma şəhərim
İman yerim, and yerim
Səni hər an, hər zaman
Sən necə də gözəlsən
Bax beləcə şən gözüm
Gündüzün özgə aləm,
Qoynunu gülşən görüm.
Bax gecə də gözəlsən
İman yerim Sumqayıt

Sağlığında qiymət verək insanlara

1917-ci il dekabr ayının 15-də ölkə Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinə səfəri və səfər çərçivəsində şəhərin sosial-iqtisadi və mədəni inkişafında böyük əhəmiyyəti olan Bayraq Muzeyi və "Yeni Azərbaycan Partiyası"nın Sumqayıt şəhər təşkilatı üçün tikilmiş yeni inzibati binalar "Kimya Sənaye Parkı"nda dörd yeni istehsal sahəsinin açılışı və üç müəssisənin təməlinin qoyulması, "Kimyaçı" Mədəniyyət sarayında, S.Vurğun, və Koroğlu küçələrində, Lüdviqshafen parkında və "Azərboru" ASC-nin boruyayma istehsalat sahəsində aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanışlığı, şəhər ictimaiyyəti ilə keçirilən səmimi görüşü, şəhərin sosial -iqtisadi, mədəni inkişafında xidmətləri olan 40 nəfərin fəxri adlarla, diplom, orden, və medallarla təltif edilməsi haqqında imzaladığı sərəncam hər bir Sumqayıt sakininin xatirəsində silinməz iz qoymuşdur. Bu səfər bir daha təsdiqlədi ki, Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq olaraq Sumqayıtın sosial-iqtisadi inkişafını, sumqayıtlıların qayğılarının həllini diqqət mərkəzində saxlayır.
"Tərəqqi" medalı ilə təltif olunan Mehman Ömərovun dedikləri:
Mən 20 il Sumqayıt Rabitə qovşağının rəisi işləmişəm. Təltiflərim çoxdur. On altı ildir ki, təqaüddəyəm. Tamam yaddan çıxmışdım. Tək mən yox Sumqayıtı qurub-tikənlərin çoxu yaddan çıxmışdı.
Zakir Fərəcov Sumqayıtın İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra hər şey dəyişdi. Biz yada düşdük. Çünki onun təqdimatı ilə təltif olunanlar arasında mən də var idim.
Aldığım mükafatlar arasında mənim üçün ən qiymətlisi Zakir Fərəcovun təqdimatı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən verilən "Tərəqqi" medalıdır. Mən ona çox minnətdaram. Çünki insana sağlığına qiymət verəndə daha dəyərli olur.
Tirmə Qurbanova təqaüddə olan, "Əməkdar müəllim"
-İnsan yaşa dolduqca sanki nə isə umur, gözü yol gözləyir. Mən Zakir Fərəcova olduqca minnətdaram. Onun təqdimatı ilə mənə "Əməkdar müəllim" fəxri adı verilib. Müəllim üçün bundan yüksək mükafat yoxdur. Bir şeyi deyim onun çıxışlarında bir məqam həmişə mənim diqqətimi cəlb edib. O hansı məktəb, xəstəxana yaşayış məhəlləsi haqqında danışarsa o yerin, o obyektin konkret nəyə ehtiyacı olduğunu, bu gün orada hansı işlərin görüldüyünü, yaxın gələcəkdə nə etmək lazım olduğunu dəqiq və konkret bildirir.
Sonradan bildim ki, Zakir müəllim dəfələrlə adını çəkdiyi yerlərdə olur, yerlərdəki vəziyyəti təfərrüatı ilə öyrənir. Deməliyəm ki, bu o qədər də asan iş deyil, yalnız təhsil və səhiyyə sahəsini götürsək Sumqayıtda 31 tibb müəssisəsi, iki ali, beş orta ixtisas və 47 ümumtəhsil məktəbi var.
Öz zəngin və səmərəli işi ilə ilk günlərdən sumqayıtlıların dərin hörmətini və rəğbətini qazanmış şəhər rəhbərliyinin üç ildə gördüyü işlərdən çox danışmaq, çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur. Sumqayıta gələnlər bunun əyani şahidi olur, reallıq olduğunu görürlər.
Bəli bu gün Sumqayıt sürətlə inkişaf edir. Ölkə rəhbəri cənab İlham Əliyevi nəzərdə tutduğu arzu etdiyi kimi yüksək inkişaf etmiş sənaye şəhərinə çevrilir.
Çünki Azərbaycanın İlham Əliyev kimi Prezidenti, Sumqayıtın isə Zakir Fərəcov kimi Heydər Əliyev və İlham Əliyev siyasətinə sadiq rəhbəri var.