QƏLƏMİMƏ İLK QAPI AÇAN QƏZET
Qərib MEHDİ
"Ədəbiyyat qəzeti"nin 85 illiyinə
Azərbaycan ədəbiyyatının mətbu pasportlarından biri "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasından, ədəbi hadisələrin flaqmanına çevrilməsindən 85 il ötür. Bu orqana müxtəlif illərdə sayılıb-seçilən müxtəlif imza sahibləri baş redaktorluq etmişlər. İndi həmin sükanı hörmətli Azər Turana etibar edilmişdir. Bəri başdan deyək ki, qəzetin mövzu dairəsini genişləndirən, fikir müxtəlifliyinə, gərəkli mübahisə və müsahibələrin çapına məmnuniyyətlə imkan yaradan, həcmini ikiqat (32 səhifə) artıran Azər müəllim ona göstərilən etimadı layiqincə doğruldur.
"Əyalət" sözü coğrafi termindir. Lakin bu söz sahəsini genişləndirərək müxtəlif sahələrdə özünə sığınacaq tapır. Bu təəssüfedici reallıq bir sıra mətbu orqanlarımızda qabarıq görünməkdədir. Nə yaxşı ki, xatırlatdığımız o sırada Azər Turanın başçılıq etdiyi "Ədəbiyyat qəzeti"nin adı yoxdur. Qəzetin fəaliyyəti bütövlükdə Azərbaycan ədəbiyyatını, onun uğurlarını, problemlərini əhatə edir.
Başı, ayaqları, əlləri bədənin son ucları, obrazlı desək, ucqarları hesab etmək mümkündürmü? Əlbəttə, yox. Müxtəlif funksiyaları yerinə yetirən üzvlər bütövlükdə bədəni təşkil edir. Bu fikri fəaliyyətdə olan indiki "Ədəbiyyat qəzeti"nə də şamil etmək olar. Misal çəkirəm. Mən Respublikamızın Qərb zonasında yaşayan bir qələm sahibiyəm. Şahidlik edə bilərəm ki, Gəncədə, Mingəçevirdə, Goranboyda, Şəmkirdə, Tovuzda, Qazaxda, Daşkəsəndə, Gədəbəydə fəaliyyət göstərən ədəbi qüvvələrimiz "Ədəbiyyat qəzeti"ndə gərəyincə təmsil olunurlar. Başqa səmtlər də eləcəg Beləliklə, sevimli qəzetimiz bu əhatəliliyi ilə mənfi çalarlı "əyalət" sözünün təsirini qüvvədən salmış olur. İnanırıq ki, bu yanaşma gələcəkdə də belə olacaq.
Adətən, ucqarlarda yaşayanlar ilk ədəbi təcrübələrini rayon qəzetlərində keçirlər. Onlar "laboratoriya" şəraitindən çıxandan sonra dairəni genişləndirir, paytaxtda nəşr olunan böyük qəzet və jurnallara üz tuturlar. Çoxlarından fərqli olaraq mən bu ənənəvi yolu keçməmişəm. Mərkəzdən uzaqda - Gəncədə yaşasam da, ilk hekayəm ("İşığın qəzəbi") 1958-ci ildə "Ədəbiyyat və incəsənət"də (o vaxtlar qəzet belə adlanırdı) nəşr olunubdu. Bu sürəc indi də davam edir - daha bəhrəli, daha isti münasibətlə. Zənn edirəm ki, ilk qədəmi indiki "Ədəbiyyat qəzeti"ndə açılan bir müəllifin - Qərib Mehdinin elə son qədəmi də orada tamamlanacaqdır.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57