Qardaşına telefon gətirən qadın tutuldu
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Adalet.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən məlumatına görə, 11 saylı cəzaçəkmə müəssisəsinə cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.2 və 120.4 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı əl çantasının içərisindən 1 ədəd "Nokia” markalı və 1 ədəd "Samsung” markalı mobil telefon aparatları, 1 ədəd "Cin” və 1 ədəd "Azercell” danışıq kartları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06