adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2017 14:40
5326
GÜNDƏM

POLİS OLMASA SƏNİ KÜÇƏDƏ ÇİY-ÇİY YEYƏRLƏR!

Hüquq-mühafizə orqanıəməkdaşlarının içərisində cəmiyyətlə, yəni bizlərlə ən çox təmasda olan polis əməkdaşlarıdır.Əgər bu gün Azərbaycandakı əmin-amanlıq, sabitlik təkcə MDB məkanında deyil, həttaAvropanın bir çox sivil dövlətlərindən də yüksəkdirsə, bu Möhtərəm Prezidentimizİlham Əliyevin apardığı siyasətin və bu siyasəti layiqincə yerinə yetirən Daxiliİşlər Orqanlarının fəaliyyəti nəticəsindədir. Xalqımızın əmin-amanlıqda yaşamasıüçün bəzən polis əməkdaşları cinayətkarlarlamübarizədə öz canlarını da qurban verirlər və buna onlarla misal da çəkmək olar.

Yuxarıda qeyd etdiyimizkimi, polis insanlarla daha çox təmasda olur, bəzən narazılıqlar da yaranır. Təbiiki, polis işçiləri Allahın bacısı oğlanları deyillər, onların da içində yerindəolmayanlar var. Və belələri zaman-zaman Daxiliİşlər Orqanlarından xaric olunurlar. Nazirlik də bu barədə mütəmadi olaraq ictimaiyyətiməlumatlandırır.

Amma heç kimin haqqıyoxdur ki, Azərbaycan Polisini aşağılasın, təhqir eləsin, nüfuzuna xələl gətirsinvə ya polis əməkdaşına yuxarıdan aşağı baxsın.

Sən şöhrətli də olabilərsən, xalqın sevimlisi də ola bilərsən, amma bu sənə haqq vermir polisi, nəinki polisi, hər hansı bir kəsi təhqir etməyə.

İndi bir müğənni, haçansa hansısa bir yarışın qalibi olub, çox gözəl,yol hərəkəti qaydasını pozub (təbii ki, belələri piyada gəzmir) və onu saxlayan polis əməkdaşıilə arasında nə söz-söhbət olubsa, alnında Azərbaycanın dövlət gerbini daşıyan, çiynində Azərbaycanın dövlət çinini daşıyan məmuru təhqir eləyib. Mənonun təhqirini təkrar etmək istəmirəm, çünki sözü deyənlə çatdıran əlli-əlliyədi. İndi mətbuatda, saytlar da, sosial şəbəkələr də iki yerə bölünüblər – polisin tərəfini saxlayanlar və bu müğənninin tərəfini saxlayanlar.

Əgər doğrudan polisəməkdaşı ona kobudluq edibsə, bu hazırda araşdırılır, lazım olan cəzanı alacaq.Bunu araşdırmaq da çətin deyil. Dövlət Yol Polisi əməkdaşlarının həm avtomobillərində,həm də üstlərində xüsusi qurğu var, həm danışılanlarıyazır, həm də görüntüləyir. Bu barədə DövlətYol Polisinin sözçüsü Kamran Əliyev açıqlama da verib.

Polisin sənə kobudluğunun(əgər olubsa) şahidi bircə sənsən, amma sən polisi mətbuatda təhqir eləmisən, bütünictimaiyyətin gözü qabağında təhqir etmisən. Əslində bu, xuliqanlıqdı.

Və gərək polis səni məhkəməyə verə.

Əslində bu bir həqiqətdirki, yol polisləri tanınmış insanlara, sənət adamlarına, nə bilim şair və yazıçılaraadətən bir hörmət qoyurlar, bir ehtiram göstərirlər. Və əgər polis həmin müğənniyə kobudluq edibsə, görün, həminmüğənni polisi necə çilədən çıxarıb? Polis robot deyil, insandı. Bəzəno da hisslərini cilovlamaya bilər.

Nəisə… Bu gün evimizdə rahat yatırıqsa, küçədə rahat gəzirikzsə o təhqir elədiyinizpolisə borcluyuq.

Qısası.O polis olmasa, ay xanım, səni küçədə çiy-çiyyeyərlər.


Ceyhun RÜSTƏMOV