NAZİRLİK: Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub
Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.
Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.
Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27