adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 May 2015 17:17
16858
MARAQLI

Nağıllar 12+ oldu

Rus mütəxəssislərihesab edirlər ki, 12 yaşa qədər uşaqlara nağıl danışmaq və ya onların özlərininnağıl oxumaqlarına imkan vermək olmaz. Adalet.az Rusiya mətbuatına istinadən xəbərverir ki, buna səbəb mövcud olan əksər nağılların tərkibində şiddət faktorununolmasıdır. Uşaq psixologiyası bu faktların təsirinə məruz qalır, bu da öz növbəsində sonrakı yaşdövrlərində fəsadlar yaradır.

Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, əgər uşağa bağçada və ya məktəbdə nağıl öyrədilibsə, ozaman ondan nəyi başa düşüb-düşmədiyini ətraflı soruşsunlar. Uşağa qaranlıq qalan nəvarsa, ona izah edin, qorxulu hissələri yumşaldılmış şəkildə çatdırın. Təxəyyülü,yaradıcılıq qabiliyyəti güclü olan valideynlər isə həmin hissələri özlərindənuydura bilərlər. Narahat olmayın, Andersenin və ya Qrimm qardaşlarının ruhu sizdəninciməz. Lap elə inciyir, incisin. Nəticədə sizə uşağınızın psixi durumu, tərbiyəsilazımdı, nağılçılarının könüllərinin xoş tutulması yox.  


Yeri gəlmişkən,sevə-sevə oxuyub cizgi filmlərinə baxdığımız "Qar kraliça”, "Zoluşka”,  "Düyməcik”, "Şahzadə və qurbağa”, eləcə də Azərbaycan nağıllarından "Cırtdan”, "Məlikməmməd”,"Şəngülüm, Şüngülüm, Məngülüm” və başqaları da şiddət, qorxu aşılayannağıllardandır. Bir sözlə, nağılları yenidən yazın!