adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Fevral 2018 15:04
44240
ƏDƏBİYYAT

Emin Akif yazır: Başqasının əliylə şairləri vuran tənqidçi...

Bu yaxında gənc "şair” Elşad Baratın şair Qismət Rüstəmov haqqındapalaz boyda tənqidi yazısını oxudum. Yazıdakı hirs, qəzəb öz əyri barmağınıgözümə soxsa dadözdüm. Elşad Qisməti bəzi məqamlarda haqlı olaraq "plagiyatçı” şair hesab edir.Amma yazıda cəmi bircə arqument var, o da Aqşin Yeniseyin şeirindən bir misaldı.Vəssalam. Qalan çəkilən adlararqumentsiz boşboğazlıqdır.

Yazını oxuya-oxuya iki il bundan qabaq oxuduğum"Yaradıcılıq fakültəsi” yadıma düşdü. Həmin dövrdə poeziya bölməsinə ustaddərsini Qismət Rüstəmov deyirdi. Bu dərslərdə mütəmadi olaraq Elşad Barat dafəal iştirak edirdi. Elə mən özüm də. Əgər Elşadın Qismətə yağdırdığıkomplimentləri eşitməsəydim, onu qınamazdım. Bəs, necə oldu ki, Elşad Qismətiyıxıb-sürümək qərarına gəldi? Axı, elə bir il bundan öncə təkrarçı, mənasızşeirlərinin oxunmadığını görən Elşad feysbukda öz hesabının adını dəyişib RamizRövşən qoymuşdu. Bir müddət sonra da yenidən öz adına qaytarmışdı. RamizRövşənin şöhrətindən oğurlamaq yaxşı iş idimi? Ramiz Rövşən adıyla özşeirlərini oxucuya sırımaq, təriflənmək yaxşı iş idimi? Adamın üstündə Allahvar, Elşad öz layiqli cavabını aldı. Öz adına qayıdandan sonra şeirləri yenəoxucu diqqətindən məhrum oldu.

Bəs, yaxşı, necə oldu ki,Elşad kimi mənasız söz yığını özündə cəsarət tapıb Qismətə sataşdı? Yazınınadını da "Qismət özünə şər atır” qoydu.


Möhkəm oturun, izah edim


Elə "Yaradıcılıq fakültəsi”dövründə Əsəd Cahangir fakültəyə tənqid dərsini keçirdi. Həmin vaxtlarda ƏsədCahangirlə dərsdənkənar çay süfrəsində, ya da onun öz evində görüşlərimiz olub.O görüşlərdə Əsəd Cahangirə müasir dövr şairləri ilə bağlı suallar verəndə,dönə-dönə Qismətin plagiyatçı, süni, ruhsuz şair olduğunu vurğulayırdı. Elə buməqamda bir əhvalat yadıma düşdü:

Bir gün İrana Çin idmanustası təşrif buyurur. O farslara özünü müdafiə etməyin yollarını öyrədir.Tərcüməçinin sayəsində aradakı dil problemi həll olunur. Bir az keçəndən sonrafarslardan biri sual verir:

- Ustad, əgər davamızdüşsə, həmin adam da üstümüzə bıçaq çıxartsa, nə edək?

Ustad gülümsəyərək cavabverir:

- Qaçın.

Hamı təəccüblənir. Sualıverən fars yenə:

- Bəs, axı bayaqdan bizəmüdafiə olunmağın yollarını öyrədirdiniz, indi niyə deyirsiniz ki, qaçın? –deyə soruşur.

Ustad cavab verir:

- Çünki o adamın naşı, yada peşəkar olduğunu bilmirsiniz. Əgər naşıdırsa bıçağı haranızdan vuracağını dabilmirsiniz. Deməli, qaçmaq lazımdır, ancaq qaçmaq.


Əsəd Cahangir kimi necə vuracağını yaxşı bilir...


Bu gün sənin şeirlərinhaqqında tərif yazan Əsəd sabah səninlə münasibəti pisləşsə, tərifi tənqidə,hətta təhqirə belə çevirə bilər.Vurmaq istədiyi adamları başqasının əli iləvurmağı yaxşı bacarır. Amma naşıdır... Nöşün? Oşün ki, yazıda öz nəfəsiniqoruyub saxlayır, başqasının adı ilə tirajladığı yazıda özünü ələ verir. Onunda naşılığı bundadır.

Bir şeyi xüsusilə qeydetmək istəyirəm. Heç vaxt haqqımda kiminsə rəy yazmağını güdməmişəm. Amma Əsəd fakültə vaxtlarından məni tələbələrə tərifləyirdi. Şəxsiyazışmalarımızda əksər mövzularda sözümüz çəp gəlsə də həmçinin. Ki, sənistedadlı şairsən. Bir dəfə dözmədim, soruşdum.

- Əsəd müəllim, mənitərifləyirsən, yaxşı, iki ildir münasibətimiz var, amma gənclərdən yazı yazandamənim şeirlərim haqqında niyə yazmadın?

Cavabı bu oldu:

- Sən də özünü yaxşı apar,sənin də haqqında yazım.


Beynimdəki şübhələr bu cavabla təsdiqini tapmışdı


Deməli, onun kiminsəhaqqında yazmağı üçün ona dəyib-dolaşmamalısan. Əksinə çıxmamalısan. O, şeirəimzayla yanaşır, imzasız yox. İmza nə qədər laldırsa, bir o qədər tərifin gücüçox olur. Misal üçün, onun Elçin Hüseynbəyli ilə 2009-cu ildəki münaqişəsi.Elçininn haqqında yazdığı yazılarda onu Dostoyevski, Kafka ilə eyniləşdirməyindənsonra onun haqqında "Elçin cümlə qura bilmir” deməyi. Bəllidir ki, aralarındayaşanan küsülülüyün bəhrəsi idi bu fikirlər. Bəs, necə olur ki, mətnə qarşımünasibət belə dəyişə bilir? O niyə tənqidlə təhqiri səhv salır? Elə həminillərdə onun Yazıçılar bilrliyində iş yoldaşlarına kobud davranması, onlarıtəhqir etməyi gündəm olmuşdu. O dövrdən bəri Əsədin arası dəydiyiinsanlar haqqında təhqir dolu yazılar yazmağa davam edir. Tənqidi təhqirdənayıra bilməyən adam necə tənqidçi sayılır?


Gic Qismət, qızbibi Qismət, yararsız Qismət, yalançı Qismət...


Gələk Elşadın "yazısı”na.Bu yazıda belə bir yer var:

"Bir yazıçı dostum danışır ki, Qismət uşaq olanda ortaməktəbdə heç kəs onunla oyun oynamırdı. Çünki hansı komandaya qatılırdısa,həmin komanda uduzurdu. Məsələn, "bayraq apardı” oynayanda hamı udmağacəhd göstərirdisə, Qismət key qalırdı. Ona görə də heç bir oyuna onusalmırdılar. Hamı Qismətə səy kimi baxır, elə bilirdilər, xəstədir. Aradaqızların komandasında oyunçu çatmayanda Qisməti ora salırdılar. Qismət dəqızlara qoşulub "xanım-xanım” oynayırdı. Uşaqlıqda o qədər"xanım-xanım” oynamışdı ki, Qisməti əsgərliyə də aparmadılar.


Bir dəfə müəllim bütün uşaqlara tapşırır ki, hamınız vətənə aid şeirəzbərləyin, həm də müxtəlif şeirlər olsun. Uşaqlar narahat olur, üç-beş vətənşeiri tapırlar, onları da qızların bəziləri götürür. Əlinə döndüyüm Qismət evəgedəndən sonra hansısa səydəş bir şairin ağır çəkili kitabından vətənə aidon-on beş şeiri kağıza köçürüb dərsə gətirir. Ümidsiz, narahat uşaqların hamısıQismətin gətirdiyi şeirlərlə tapşırıqdan canlarını qurtarır. Hamı elə bilir ki,bu şeirləri Qismət yazıb. Həmin gündən etibarən, Qismət sinifin hörmətlişairinə çevrilir. Artıq bütün oyunlara onu da qatırlar, səyliyini yolaverirlər.


Getdikcə bütün məktəbdə şair Qismətin hörməti çoxalır. Hətta, xoşuna gələn,ancaq ona üz göstərməyən qız da yaxınlaşıb şeir istəyir. Həmin günün axşamıməktəbin məşhur şairi Qismət ilk şeirini yazır. Kağıza yazdığı şeirin hərtərəfini ürəklərlə bəzəyir, ox-zad işarəsi qoyur ki, qızın xoşuna gəlsin. Vəbeləcə, körpə Qismət bütün məktəbi bəlkə də, istəmədən şair olduğuna inandırır.Hər kəs ona ağız dolusu "şair” deyir. Zaman keçdikcə Qisməti dəinandırırlar ki, sən şairsən. Bu qarşılıqlı yalan uzun illər davam edir. Qismətyazdığı şeirlərdən kitab da çap elətdirir. Çox təssüf ki, həmin kitabıyandırır”.

Yaxud da bu:

"Bizim kənddə Qismət adında bir kişi var idi. Nəvaxtsa, özünü möhkəm dəliliyə vurmuşdu ki, əsgərliyə getməsin. Öz rolunu oqədər təbii oynamışdı, müharibədən sonra da dəlilik eləyirdi. Hamı ona gicQismət deyirdi. Bir dəfə gic Qismət çıxıb dağda od qalayıb ki, sərçələrqızışsın. Həm də, yayın oğlan çağıymış. Od düşüb kəndin bütün zəmiləri yanıb.

Çox təssüf ki, Qismət Rüstəmovun şeirləri gic Qismətinyayın günü sərçələr isinsin deyə, taxıl sahəsinin ortasında qaladığı ocaqkimidir. Ancaq gic Qismətin kənd camaatına vurduğu ziyan, şair Qismətinədəbiyyata vurduğu ziyandan çox ola bilməz”.

Sizcə bu tənqiddirmi? Əsədlə bağlı yaddaşımda qalan bir neçəiyrənc məqamlar var. Amma bu onun şəxsinə təhqir olacaq deyə yazmıram. Bir gənckimi özümdən böyük adamlardan belə şeyləri nümunə götürmürəm.


Başqasının əliylə...


Lap hər şeyi qırağaqoyuram. Elşad Barat utanmır? Tənqidçi Əsədin Qismətəyazdığı tənqidi öz adı ilə saytda dərc etdirir. Yox, bəlkə də Əsəd utanmır ki, öz tənqidi məqaləsini Elşadın imzası ilə verir. Bilmirəm. Utanmasanoynamağa nə var ki. Görünür, bu iki adam da utanmır. Əsəd utanmır ki,tələbəsinin əliylə Qismət Rüstəmovu vurur. Elşad Barat utanmır ki, kiminsəyazısını, öz adına bəh-bəhlə çıxıb Əsədin alətinə çevrilir. Mənbilirəm, dəqiq bilirəm ki, Qisməti tənqid etmək Elşadın ürəyincə deyil, ümumiyyətlə,bu yazı onun nə başının, nə də istedadının məhsuludur.

Xülasə, Əsəd Cahangirsavadlı insandır. Bunu danmaq yekəbaşlıq olar. Amma insan digər canlılardanyalnız ağlı, iradəsi ilə deyil eyni zamanda hissi, qəlbi ilə fərqlənir.Paskalın bir sözü var: "Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunlatez – tez məsləhətləşmək lazımdır”. İndi Elşad da, Əsəd də aradavicdanları ilə məsləhətləşsələr əla olar.