adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Aprel 2015 13:34
4541
MARAQLI

Böyük Britaniya kraliçası kasıblayıb

BöyükBritaniyanın kraliçası II Elizabet krallığın ən varlı adamları siyahısına bu ildüşə bilməyib. Adalet.az The Sunday Times qəzetinə istinadən xəbər verir ki, 300ən zəngin adamların siyahısında kraliça 302-ci olduğu üçün kənarda qalıb.  

Qeyd edəkki, hər il hazırlanan siyahıya kraliça 1989-cu ildən düşürdü. Müstəqil ekspertləronun varidatını 170 milyon dollar həcmində qiymətləndirirlər. Bundan başqa, IIElizabetin sərvəti sırasında dünyanın dahi rəssamlarının orijinal əl işləri vədigər incəsənət əşyaları da yer alır.

Ənvarlılar siyahısına isə Warner Music şirkətinin sahibi Leonid Blavatnik başçılıq edir. Onun 20milyard dollarlıq sərvəti var.