adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 May 2019 13:26
31606
ƏDƏBİYYAT

Axırıncı aşırım - Pərvanə Bayramqızı yazır

1930-cu ildə başverən hadisələri - kollektiv təsərrüfatın yaranmasını təbliğ etmək məqsədilə çəkilən,ssenari müəllifi Fərman Kərimzadə, rejissoru Kamil Rüstəmbəyov olan"Axırıncı aşırım" filmi cəmi bir dəfə baxdığım, sarsıntı keçirərək,ikinci dəfə baxmağa ürək eləmədiyim kinolarımız sırasındadır. (Bu sıradabirinci yeri "Yeddi oğul istərəm" filmi tutur.) Kinonun əvvəlindəkikadrlar Azərbaycan xalqının taleyində qanlı izlərini qoyan tarixə "Xoş gəldin"deyilərək qarşılanan hissədir. Pişvazına bəh-bəhlə çıxılan qanlı tarixi,"kolxozlaşma"nı məmnuniyyətlə qəbul edənlərin çoxu haqqında bədgümanlıqolsa da yazacam ki, bu kollektiv təsərrüfat ona görə sevincək qarşılandı ki, burda başqasının qazancına sahiblənməkvardı. Bizdə belə xüsusiyyətə malik olan minlərlə adam var. Başqasının məvacibinisoruşmağa, gözünü onun-bunun cibinə dikməyə, zəhmətsiz varlanmağa meyilliyik.Kollektiv təsərrüfatı az qala müqəddəsləşdirib "balın şirin olmasının səbəbinibirgə əməyin nəticəsində görənlər fərdi şəkildə çətinliklə qazanılan mal-mülküsahibinin əlindən zorla alıb, özünü də ya sürgün elətdirməyin, ya da öldürməyinadının nə olduğunu söyləmirlər.

Nə isə, siyasi tərəfləriniaraşdırıb qiymət vermək, əsəri tənqid və ya təhlil etmək kimi məqsəddən uzaqolaraq digər yazılarımda olduğu kimi burda da millətimizin milli bədbəxtliyinəsubyektiv yanaşmamı nümayiş etdirəcəm.

Raykomuntimsalında böyük bir quruluşun "təmsilçisini", savadsız kütlənin şəxsindəisə ozamankı bir qisim azərbaycanlıları görürük. Onlar yeni quruluşun əsilideyasını doğru-dürüst anlamır, çaş-baş qalıb bilmir kimə inanıb, nəyinarxasınca getsinlər. Həmin anlar bugünkü bəlalarımıza yol açan başlanğıcdır.Ömrünü ağasına işləyərək keçirənlərin çoxu kollektiv əməyə alışa bilmir. Bəziləridə gördüyümüz kimi həmin illərdə ağasına qarşı qəlbinə o ki var kin yığıb. Odövrdə "kolxoz ideyasına" ürəkdən bağlananlar bu gün, müstəqillik illərindəqərib kimi yaşayır, keçmişin xiffətiniedirlər. İndi də onlar, "Bəlkə də qaytardılar" arzusuyla vurnuxurlar.Bu anlaşılandır. Həyatlarını tarlalarda keçirsələr də onda gənc və sağlam idilər. Keçmişlərini unudabilmirlər. Çox istəyərdim ki, biz tarix boyu qanımıza susayan düşmənlərin cinayətlərinidə beləcə gəncliyimiz kimi unutmayaq.

Buna bənzər birmövzunu da ədəbiyyatımıza aid yazmışam. Mahiyyət etibarilə eyni faciədir,formaca müxtəliflik var. Hər ikisində bir ananın övladlarını kənar qüvvələridarə edərək bir-birinə düşmən çıxarır.

Kinonun əvvəlindəidarənin qarşısında gördüyümüz "Qolçomaqlara ağır zərbə endirək"yazılmış lövhə adamın ürəyini parçalayır. Onda bir-birinə düşmən kəsilən vətəndaşlarhəmin ağır zərbənin bütövlükdə Azərbaycana dəydiyinin fərqində deyildilər.Onlar inanırlar ki, xoşbəxt gələcəyə doğru addımlayırlar. Bu sadəlövh xalq məruzqaldıqları mənəvi terrordan, itirdikləri kimliklərindən xəbərsiz olublar.Sonrakı illərdə aparılan bir çox "islahatlarından" təkcəsoyadlarımızın "ov-ova; yev-yeva" olması bəs edir ki, özümüzdən necəasanlıqla qoparıldığımızı bilmiş olaq.Gürcülərlə ermənilər isə bu heysiyyətişğalından kənarda qaldılar. Bəs biz niyəbu faciələri yaşamalı, bu cür əsərləryazmalı, filmlər çəkilməli idik? Təəssüf ki, bu sualı özümüzə verməmişik. Ya zəlzələdən,ya da vəlvələdən.

Ekranınqarşısında əyləşib təzəcə seyr etdiyimiz anlarda belə bir epizod izləyirik .

- "Olduq kolxoz. Sabah mən deyəcəm buğda əkək,… Məcid də deyəcək yox, darı səpək"Toplaşanlar gülüşürlər. Burda dialoqlar elə verilib ki, qolçomaqların tərəfdarlarıgülünc vəziyyətdə qalsınlar. Amma kollektiv təsərrüfatın əleyhinə olanlarınetirazlarını məsxərə şəklində göstərməkdənsədaha məntiqli fikirlər səsləndirilsəydi obyektivlik olar, millət də bir şey dərkedərdi.

"YoldaşLeninin rəncbər haqqında dediyi" fikirlərin qarışıq məqamda verilməsininmaraqlı tərəfləri var. Tutaq ki, kimsə mütaliəsevərdir və yaxud da siyasətlə,Leninin siyasi görüşlərilə maraqlanır. O gedib kitablar axtaracaq, rəncbərhaqqında fikirlərlə tanış olacaqdı. Bir tərəfdən də Leninin ideyaları azərbaycanın xeyrinə olmayıb.Yaxşı ki, o anda Leninin dili ilə "bir-birindən gözəl fikirlər" söyləyənolmur. İnsanların belə əsərlərinyazıldığı, onların ekranlaşdırıldığıüçün yazıçılara, kino xadimlərinə ədəbi müharibə elan etməkləri mübahisəli məsələdir.Çünki hər şey təkcə bu iki sahəninbilicilərindən asılı deyil. Ömür boyubir yerdə çörək kəsmiş adamları iki cəbhəyə ayıran böyük siyasi quruluş vardı.Bu quruluşa bir yazıçı, bir rejissor qalib gələ bilməzdi. ( Bu yerdə "həminvaxt Hüseyn Cavid, Əhməd Cavad və b. da olmaq olardı" deyənlər dəhaqlıdırlar) Onların əsərlərinin gücü insanların təfəkkür tərzini dəyişdirməyəyönləndirilmişdi. O ziyalılar özləri də adamların xoşbəxt olacağınainanmışdılar. Yaxşı ki, qarmaqarışıq zamanda haqq-salamı unutmayanlar datapılır. Bunu filmdə belə bir kadrda izləyirik.

Abbasqulu bəy soruşur:

- Tutaq ki, Kərbəlayi bizi eşitdi, bəs onun öztaleyi necə olacaq?

Bu sədaqətin göstəricisidir. Nə qədər gərgin vəziyyət olsada bir bəyin başqa birinə dönüklük etməməsi o qədər faciələrin içində balacabir təsəllidir. Amma nökərin ağasına qarşı nifrət bəsləməsi sosial bərabərsizliyingöstəricisi olduğu gerçəyi də var. İman "həyətdə heç nə tapa bilmədik"deyən oğlana qətiyyətlə "ola bilməz" deməsi də adamın ən yaxınının zəifyerinin harası olduğunu və düz ordan nişan almağını sübut edir. Taxıl daşınandaKərbəlayinin "anbara daşı", İmanın "Gözün görmür hökumətmalıdır, yerinə daşı" deməsi göstərirki, bizdə "O olmasın, bu olsun" musiqili-komediyasındakı kimi birinin"oxu", digərinin də "oxuma" deməsi hələ bitməyib, üstəlikfaciə şəklini alıb. Nənəmin şura hökumətininqurulduğu dövrdə Gədəbəydə baş verən hadisələr haqqında söylədikləri İmanın"Kənddə düşmən baş qaldırıb, amma arxayın ol, Kərbəlayi, onları Məşədi Cəmilingününə salmasaq ağılları başlarına gəlməz" deməyi ilə yadıma düşür. Deməli,Məşədi Cəmil günahkardır. "Ağlını başına gətirmək üçün" onu güllələyirlər. Nənəm xeyli adam göstərib deyirdi ki, atasınıvarlı olduğu üçün kulak adıyla kənddən apardılar hələ də haqqında məlumatyoxdur.

Raykomun Yaqubkişinin qolçomaqların çaldığı havaya oynadığınıdeməsi adamı odsuz-ocaqsız yandırır. Özlərinin hardansa gələn"damburdumbur" səsinə oynaqdıqlarından xəbərləri yoxdur. Onlar üçünqolçomaqlar yadlaşmış, yadlar da doğmaya çevrilmişdilər.

"Mən qalxozsuz da keçinərəm" - Görəsən,Kərbəlayinin dediyi kimi kolxozsuz keçinsəydik - sovet hakimiyyəti qurulmasaydıdünya dağılmazdı ki?

"Vaxt vardısənin qılıncının qəbzəsi də kəsirdi, keçdi o dövran" Bunu da İman Kərbəlayiyədeyir. Bu sözdən bu gün biz də söyləyirik. İmanın sevə-sevə yaşadığı dövran dakeçdi. Necə deyirlər o sözü? Hə, indiİmanın gözlərinin içinə baxmaq istəyirəm.