adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2020 09:24
83182
ƏDƏBİYYAT

“65 yaşdan yuxarı insanlar öldürülür ki, başqa insanlar xilas olsun” - MÜSAHİBƏ

Həmsöhbətimiz gənc yazıçı Rövşən Danyeridir.

- "Xural”, "Teleqraf” və.s kimi media qurumlarında işlədin.Sonra mediadan tam uzaq düşdün.

– Bizdə jurnalistikanın ayağınıaparıb İP-ə, reytinqə bağlayıblar. Artıq heç kimi yaradıcı iş maraqlandırmır. Məsələn,uzun müddətdir ki, hansı reportajı oxuyub, zövq almısan? İndi daha çox fəst-fudxəbərlərdir. Yəni hər hansı bir sarı xəbər qoydun, aypini yığdın, pul verən şəxsə,sponsora göstərdin, kifayətdir. Yəni heç kim saytın prestijini falan düşünmür.Bu mənada artıq jurnalistikada işləmək maraqlı gəlmir. Bilirsən ki, bu gördüyüniş, yazdığın xəbər nəinki bir günlük, hətta bir neçə saatlıqdır. Buna görə də dahayaradıcı bir sahəyə - reklam sahəsinə keçmişəm. Burada özünü ifadə etmək üçün genişalanlar çoxdur.

Təəssüfki, bizdə hazırdaköşə yazıları, müxtəlif mövzularda araşdırma yazıları verə biləcəyimiz saytlarda qalmayıb ki, heç olmasa gözünün qurdunu belə öldürəsən.

Ümumiyyətlə,bizdə əvvəlcə yazıçılıq institutunu dağıtdılar. Onda da yazıçılar, belə deməkmümkündürsə, həyatda qalmaq üçün jurnalistikaya sığındılar. Sonra media sahəsinidə yazıçıların əlindən aldılar. Onlar da hərəsi bir sahəyə – kimisi reklama,kimisi dövlət qurumuna yönəldilər. Mən dəAzərbaycan yazıçısı olduğum üçün, məcbur özümə yeni bir yaşam formutapmışam, reklamçılıq sahəsinə sığınmışam.


Yazıçı kimi təsdiqlənməyin üçün mütləq kitabınolmalıdır


- Səni yazıçı deyil, jurnalist kimi qəbul edirlər.Bu səni narahat etmir?

-Əslində, bayaq dediyimkimi mən jurnalistikaya yazıçı olduğum üçün gəlmişəm. Düşünürəmki, bu sahədə məsuliyyətliolmağım, imza kimi təsdiqlənməyimə səbəb olub. Yazıçı kimi çox da məhsuldar deyiləmdeyə jurnalistika sahəsində tanınmağım da normaldır. Çünki oxucu daha çox oradagörür imzamı. Bir də bizdə 90-ların sonu, 2000-lərin əvvəlləri belə bir tendesiyavar idi ki, albomu çıxmayan müğənnini ciddi müğənni kimi qəbul etmirdilər. Onagörə də hərə bir yolla kasetini çıxardırdı. Son illər yazıçılıqla bağlı da beləbir məsələ var. Yazıçı kimi təsdiqlənməyin üçün mütləq kitabın olmalıdır. Düzü mənimbelə bir etiketə - yazıçı adına ehtiyacım yoxdur. Yazmaqdan zövq aldığım füçün yazıram.Yəni bundan könüllü şəkildə imtina etmişəm desəm, daha doğru olar.

Kitabçıxartmamağının bəlkə özünə inamsızlıqdır?

-Bizdə kitabbazarı yox kimi bir şeydi. Kitab çıxartmaqözünü hansısa bir kütlənin gözündə yazıçı kimi təsdiqləməkdən başqa bir işə yaramır.Hansı ki, bu pasportu bir dəftər səviyyəsində bəsit mətnlər yazaraq da almaq mümkündür.Bilirsən, kitab bazarı pul qazanmaqdan daha çox bir peşəkar kimi formalaşmağınakömək edir. Yəni sən bir roman yazırsan, bu roman rəfdə hansı kitablarla yanaşıqoyulursa, o rəfdəki kitablara nəzərən sənin əsərinin səviyyəsi bilinir.Tutaqki, ciddi bir əsər yazmısansa, sənin kitabını bu qəbildən olan kitablarla eynicərgəyə qoyurlar və bunun oxucusu kitabına qiymət verir. Kitabın digər kitablaranəzərən az satılırsa, digər kitabları analiz edib, səhvlərini,çatışmazlıqlarını görürsən. Və bu səhvlərini düzəldərək peşəkarlaşırsan. Düzdü istisnalarda olur, amma qaydanı pozmur.

Bizdə belə bir sistem olmadığıüçün kitab çıxartmaq maraqsızdır. Özünə inamsızlıq deyəndə onsuz da bizdəki,kitab tirajları elədirki, 300-500 kitabı hamı satır. Düzü dostlar kitab çıxartmağımlabağlı təkid edirlər. Hətta çap etdirmək istəyənlər də olur. Ancaq razılaşmıram.Fikirləşirəmki, iki halda kitab çıxardaram.Ya çox cüzi tirajla kataloq formasında,hekayələrim axtaranda əlimin altında olsun deyə. Ya da peşəkar marketoloqlar,pr-çılarla məsləhətləşərək, işləyərək reklamını, satışını təşkil edərək. Ən azındanhazırki tirajlardan 3-4 dəfə çox sata bilim. Bəlkə, beləliklə kitab bazarının formalaşmağınada bir kömək etmiş folarıq.

– "U döngəsi” hekayən koronalı günlərlə ayaqlaşırdeyəsən.

– Əslində,ssenari baxımından müəyyən oxşarlıqlar var. Əsasən insanların psixoloji durumubaxımından çox oxşarlıq var. Hekayədə də dövlət və insanlar aclığın qarşısınıalmaq üçün birləşirlər. Ancaq heç cür öhdəsindən gələ bilmirlər. Hekayədə 65yaşdan yuxarı insanlar öldürülür ki, digər insanları xilas etsinlər. Realda isə65 yaşdan yuxarı insanları, qorumaq üçün qərar çıxarılır. Bayaq dediyim kimi,kitab bazarı olsaydı, hazırda bu hekayə yenidən gündəmə gələrdi. Çünki insanlarhazırki ruh hallarını, keçirdikləri hisslərinə, depressiyalarına "U döngəsində”öz adekvat həllərini tapa bilər.


Bizdə tənqidçilər belə hekayələrə şərh verərkən, tələyə düşürlər


– Elə bil hekayələrində sentimentallığa meyillisən?

-Əslində, niyəbelə qərara gəlmisən çox maraqlıdır. Hekayələrim absurd janrdadır. Bu janrdabir çox janrlara parodiya etmək imkanı var. Məsələn, "Ayin” hekayəsindəbildiyimiz ənənəvi hekayəçiliklə başlayır, sonra detektiv janra keçid edir,sonra mistizmə. Əslində, bu bir növ o janrlara parodiya və ironiya kimiqurulur. Ancaq bir çox hallarda yanlış anlaşıla bilir. Sentimentallıqla da məsələeyni cürdür. Təəssüf ki, bizdə tənqidçilər belə hekayələrə şərh verərkən, o tələyədüşürlər. Yeni hekayəni ənənəvi meyarlarla ölçəndə bir az düzgün olmayan nəticələrçıxa bilir.

-AYB-yə üzv olmaq fikrin hələ də yoxdu? Halbukietiraz edənlərin bir çoxunun sonradan gizlicə, bağlı qapılar ardından üzvlük, təqaüdüçün müraciət etdiyini görürük.

– AYB-yə üzvolmamaq prinsip məsələsidir. Bu quruma üzv olan, hətta təqaüd alan adamlarınhamısı yaltaqlıq edib, demək ədalətsiz olar. Ancaq insan gərək inandığıprinsiplər üçün imtina etməyi bacarsın. Təssəvvür elə ki, Sokrat inandığı həqiqətüçün verilən vəzifələrdən, pullardan imtina edib. Hətta sonda ölümdən qaçmaqüçün edilən təklifləri belə rədd edib, bilə-bilə ölüb. Dünya bu gün həmin dövrdənfərqli, daha yaxşı bir yerə gəlibsə, bunu sokrat kimilərin prinsipallığı sayəsindəgəlib. Buna görə yazıçı dostlarımıza da öz həqiqət qalalarını sona qədər müdafiəetməklərini istərdim. Düzdü bəzən bunun əksi olur, təqaüdə-falana görə bir çoxhallarda oynayırlar. AYB-də sağ olsun, buna tam şərait yaradır. Bu günlərdəoxudum, yeni təqaüdçülər siyahısı hazırlayıblar. Düzdü bu siyahını ictimaiyyətəaçıqlamırlar. Çünki siyahıda çox müzakirə olunası adlar var. Amma həmin xəbərdəbelə bir cümlə var idi. "Biz əvvəlki illərdə təqaüd alanlara da təqaüd verə bilərik”.Yəni deyirlər, Anar müəllimin tövbə qapısı hələ də açıqdır. Etiraz falan edəndənəzərinizdə olsun, dozanı çox etməyin.

Ümumilikdə isəAYB haqqında çox danışmağa dəyməz. Bu qurum haqqında istər mən, istərsə də,yazıçı, jurnalist dostlar yetərincə yazmışıq, demişik. Dövlətin və cəmiyyətinbu qurumdan üz çevirməkləri üçün ortada yetərincə səbəb var. Tutaq ki, AYBsabah Natəvan klubunu gecə klubuna çevirsə də, nəsə deməyə dəyməz. ÇünkiAYB-nin bundan artıq qınanılası səhvləri var. Bizim işimiz bunları insanlaraçatdırmaq idi ki, çatdırmışıq. Day AYB-yə bundan artıq enerji sərf etməyinə dəymir.

-"Ustad” jurnalını dərc edirsiniz. Bunun bu və yadigər şəkildə ədəbiyyata hansı xidməti var?

– Əslində,"Ustad” jurnalı Hədəf Nəşrlərininbrendidir. Sadəcə bu jurnalın yaranma prosesində mən də iştirak etmişəm. Öhdəmədüşən işləri görmüşəm. İndi də mütəmadi olaraq bu jurnal üçün tərcümələr edir,kənardan əməkdaşlıq edirəm. "Ustad” jurnalı Azərbaycan ədəbiyyatı üçün önəmlidirdüşünürəm. Əvvəla ona görə ki, heç bir dəstək almadan bir dərginin uzun müddətayaqda qalmağı özü böyük işdir. Dərgidə istər dünya, istər yerli ədəbiyyata,incəsənətə dair məqalələr yer alır. Yeri gəlmişkən sənət üzərinə çox maraqlıakademik yazılara yer verilir ki, məncə hər bir ədəbiyyat insanı üçün bu jurnalgöydəndüşmədir.

- Qonorarverilir?

-Əlbəttə,qonorar verilir. Sadəcə öz hesabına maliyyələşən bir dərgi olduğu üçün yalnızmüəyyən yazılara qonorar fondu ayrıla bilir. Ədəbiyyat, sənət aşiqi dostlar sağolsun, jurnalın ayaq üstə qalmağı üçün bir çox hallarda yazılarını təmənnasızda göndərirlər. "Ustad” jurnalı da öz növbəsində yeni istedadların özünütanıtması üçün bir platforma yaradır.

– Bir də Senet.az saytı var. Amma mədəniyyətsaytları arasında kölgədə qaldı. Səbəbi nədir?

-Senet.az da HədəfNəşrlərinin brendidir. Düşünürəm ki, Senet.az digər saytların yox, "Ustad”jurnalının kölgəsində qalıb. Çünki yaradıcı heyət enerjilərini daha çox jurnala xərcləyirlər. Ancaq Senet.az Azərbaycandaən uzunmüddətli və kəsintisiz fəaliyyət göstərən sənət platformasıdır. Düzdür,şouya qaçmadığı üçün bəzən ümumi mənzərədə kənarda qalmış kimi görünə bilər.Ancaq əsl ədəbiyyat, sənət aşiqləri üçün Senet.az çox istifadəli platformadır.Yəni ciddi məqalələr oxumaq istəyən şəxslər özləri Senet.az-ı axtarıb tapırlar.

Söhbətləşdi:Emin Piri