adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Sentyabr 2014 16:17
52128
MƏMLƏKƏT
A- A+

Binəqədidə yeni istirahət parkı açılıb

"Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən "Ən təmiz bağça” müsabiqəsinə yekun vurulub və 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı olub. 


Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Binəqədi RİH-in təşkilatçılığı ilə gerçəkləşən tədbirdə başçının müavini Aygün Əliyeva çıxış edərək "Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə məlumat verib. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırılıb və diplomlarla təltif edilib..Tədbirin bədii hissəsində müsabiqə iştirakçısı olan 8 bağça konsert proqramları ilə çıxış edib. Yekunda aztəminatlı ailələrdən olan bir qrup yeniyetməyə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən velosipedlər hədiyyə edilib.