adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2021 18:05
803
MƏMLƏKƏT
A- A+

Şabranda koronavirus xəstələri ictimai yerlərdə saxlanıldılar

Yaşadıqları ünvanları tərk edən koronavirus xəstələri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.