adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
02 Dekabr 2021 12:58
1155
GÜNDƏM
A- A+

Ermənistanın ilk prezidentinin və deputat  Metakse Akopyanın Qarabağ açıqlamaları: GERÇƏKLİK budur ki...  


 Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu hələ də  yastı başına sığdıra bilməyən erməni deputat Metakse Akopyan  məşhur “erməni xəstəliyinin” daşıyıcısı olduğunu verdiyi açıqlamadan bildirib: “Şuşa yaxınlığındakı erməni mövqelərindən bayraqlar götürülüb.

Bu halı  Azərbaycana xidmətə hazırlığın ifadəsi kimi şərh etmək olar. Çünki 44 günlük müharibənin başlamasından bir neçə gün sonra “Artsax” rəhbəri Arayik Arutunyanın iqamətgahından bayraq götürülüb”
 Adalet.az xəbər verir ki, deputatın sözlərinə görə, İki ay əvvəl bu mövqelərə baş çəkmişdi və bayraqlar orada idi. Onlardan bayrağı öz yerinə qaytarmağı tələb etdikdə, rəhbərlik bunun təhlükəsizlik məqsədilə edildiyini vurğuladı: “Dedilər ki, azərbaycanlılar guya bayraq istiqamətində atəş açır. Amma bu əlbəttə ki, belə deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “Artsax” rəhbərini bayraqsız qəbul etdiyini görmüşük. Yəni Paşinyan bununla “Artsax” rəhbərinin onun tabeliyində olduğunu göstərmək istəyirdi”.

 


 Sonda erməni deputat kədərlə:  “Belə hadisələr artıq bizim üçün sürpriz və təəccüblü deyil. Biz belə xəbərlərə təəccüblənməməyə öyrəşməliydik”- deyərək təəssüfünü bildirib.  

 

Amma haqq üçünə deyək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bəzi erməni siyasətçilərindən daha ağıllı və daha intellectual düşünür. O müsahiblərinin birində qeyd edib ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.
Müsavat.com-un məlumatında  deyilir ki, Ermənistanın ilk prezidenti Azərbaycanın Qarabağ münaqişəsində səbirli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirir. O, Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək deyir:
"Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".


 Nəhayət , az da olsa, gerçəkləri soyuqbaşla anlayan ermənilər var.


Əntiqə Rəşid