adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
01 Dekabr 2021 13:50
475
İDMAN
A- A+

De Byazi millidə qalır? – AFFA-dan açıqlama

AFFA ilə müqaviləsi başa çatan milli komandamızın baş məşqçisi Canni De Byazinin yığmamızda qalacağı haqda məlumatlar yayılıb. İtalyan mütəxəssisin müqaviləsinin uzadılacağı iddia olunur.

Qol.az bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrənib. O, İcraiyyə Komitəsinin sabahkı iclasından əvvəl bununla bağlı nəsə deməyin doğru olmadığını bildirib:

“Müqavilənin uzadılıb-uzadılmaması, yeni baş məşqçi təyin edilməsi, bütün bunlar İcraiyyə Komitəsinin səlahiyyətindədir. De Byazinin müqaviləsi başa çatıb. Sabah İcraiyyə Komitəsinin iclasında onun hesabatı təqdim olunacaq və millinin baş məşqçisi vəzifəsi ilə bağlı müzakirələr olacaq. Yəni iclasdan əvvəl bununla bağlı səsləndirilən hər hansı fikrin hüquqi əsası yoxdur. İclas olmamış qərar ola bilməz”.

Federasiya rəsmisi “Millinin baş məşqçi vəzifəsinə başqa namizədlər varmı” sualını isə belə cavablandırıb:

“Hələ ki, o barədə məlumat yoxdur. Namizədlərlə bağlı da İcraiyyə Komitəsi məlumat verməlidir ki, bununla bağlı müzakirələr aparılsın. Ya da İcraiyyə Komitəsinin üzvləri tərəfindən iclasda bu haqda fikirlər səsləndirilə bilər”.