adalet.az header logo
  • Bakı 20°C
01 Dekabr 2021 13:46
581
MƏMLƏKƏT
A- A+

Başsağlığı

Dünən xalqımızı sarsıdan ağır bir qəzanın acısını yaşadıq. Dövlət Sərhəd xidmətinə aid olan helikopterin qəzaya uğraması və 14 hərbçimizin şəhid olması xəbəri hər birimizin ürəyini ağrıtdı. Bu ağır faciəni yaşayan xalqımıza, eləcə də şəhidlərimizin doğmalarına Allahdan səbir diləməklə dərin hüznlə başsağlığı verir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Allah məkanı cənnət olan şəhidlərimizin ruhunu şad etsin!

Millət vəkili Aqil Abbas və «Ədalət» qəzetinin kollektivi