adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
01 Dekabr 2021 12:13
222
MƏMLƏKƏT
A- A+

Süni qiymət artımı davam edir

Hər gün olmasa da, ən azından hər ay ölkəmizdə ərzaq və qida məhsullarının qiyməti artır. Bir də görürsən ki, səhər açılır, hər hansı dükan, marketə baş çəkirsən, elə həmin anda qiymət artımının şahidi olursan. Təkcə bahalaşan şəkər tozu, şəkər, şirniyyat məhsulları, çay, sosiska, kolbasa deyil, digər qida məhsulları da çox bahalaşıb. Təbii ki, bu da əhali tərəfindən birmənalı qarşılanmır və böyük narahatlıqlar yaradır.

Eyni zamanda kənd təsərrüfatı məhsullarının və sənaye mallarının qiyməti də günbəgün artır. Yeganə bahalaşmayan iri və xırda buynuzlu heyvanların ətidir. Yəqin onu da Yeni il qabağı artırarlar. Bir dəfə görməmişik ki, qiyməti qalxan hər hansı ərzaq və qida məhsulu ucuzlaşsın. Həmişə bunun əksini görmüşük. Özü də bu qiymət artımı təbii bahalaşma deyil, süni bahalaşmadır. Bəs onda İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən və süni qiymət artımının qarşısını almalı olan qurum hara baxır? Bax, onlar barəsində biz bir söz deyə bilmərik.

Emil FAİQOĞLU