adalet.az header logo
  • Bakı 13°C
27 Noyabr 2021 17:54
756
SAĞLAMLIQ
A- A+

Koronavirusun “omicron” ştammı “ebola”dan da təhlükəlidir?

SARS-CoV-2 virusunun yeni versiyası “Omikron” bəşəriyyəti “ebola” virusu ilə eyni dərəcədə təhdid edə bilər.

Bu barədə Ümumdünya Tibb Assosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri bildirib.

“Mənim ən böyük qorxum odur ki, bu ştamm “Delta” qədər yoluxucu və “ebola” qədər təhlükəli ola bilər”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə “Omikron” mutasiyasının özü ilə daşıdığı risklər barədə hələ dəqiq məlumat yoxdur, lakin o, çox sürətlə yayılır. Montqomerinin sözlərinə görə, pandemiyanın lap əvvəlində dünya onun miqyasını lazımi səviyyədə qiymətləndirməyib.

“Mən də o vaxt düşündüm ki, bu, qripin bir növüdür. Sonra qərara gəldik ki, biz kütləvi immunitetə nail ola bilərik, lakin sonra son dərəcə yoluxucu bir ştamm “delta” ortaya çıxdı”, - WMA rəhbəri bildirib.

O, COVID-19 üçün təkrar peyvəndin hər il həyata keçirilməli olacağını istisna etməyib.

Qeyd edək ki, britaniyalı alimlər Botsvanada 32 mutasiyaya malik koronavirus ştammının peyda olması barədə xəbərdarlıq ediblər. Bir çox elm adamları onun yüksək ötürücülüyünə və peyvəndlərə qarşı müqavimətinə işarə edir.

Koronavirusun “B.1.1.529” qeydiyyatlı yeni ştammı yunan hərfi “omikron”un adı ilə qeydiyyata alınıb. Cümə günü Ümumdünya Səhiyyə Təşkilatı bunu “narahatlıq doğuran” məqam kimi təsnif etmək qərarına gəlib.(oxu.az)