adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Noyabr 2021 11:36
1936
SİYASƏT
A- A+

Keçmiş müdafiə naziri və Baş Qərargah rəisinin müavininin həbs müddətinin artırılmasında Robert Köçəriyan faktoru 

Ermənistanda daxili çəkişmələrin vüsəti hər gün bir az genişlənməkdədir. 

Adalet.az xəbər verir ki, erməni mediasına istinadən bildirir ki, Ermənistanın istintaq strukturları bəzi keçmiş yüksək rütbəli hərbçilərin həbs müddətini uzatmaq niyyətindədir. Xüsusən də keçmiş müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan hədəf götürülüb.
 Keçmiş müdafiə naziri David Tonoyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan bu ilin oktyabr ayının əvvəllərində həbs edilib.  Ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılan hər iki məsul şəxlə bərabər "Patron Davo" kimi tanınan iş adamı David Qalstyan saxlanılmışdı. 
Məhkəmə hər iki hərbçinin  iki aylıq həbsinə qərar vermişdi. Dekabr 2-də həbs müddəti bitməsi gözlənilən keçmiş nazirin və qərargah rəisinin həbs müddətinin artırılması ilə bağlı Ermənistan ictimaiyyəti öz tələbini media qurumları vasitəsilə hökümətə çatdırmaq niyyətindədir və Ermənistan hökümətinin də bu istəkdə olduğu yerli media nümayəndələri tərəfindən vurğulanır.

P.S.Qeyd  edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün artıq mitinqlərə və etiraz aksiyalarına başlayan  müxalifət partiyaları, xüsusən “Ermənistan ” fraksiyasının lideri Robert Köçəriyan Tonoyan və Qalstyan kimi nüfuzlu, eyni zamanda hökümətdən narazı  şəxsləri öz sıralarına qatmaq üçün gün sayır.

 Yəqin ki, baş nazir məhbusların həbs müddətini artıraraq  müxalifəti bir xeyli vaxt gözləməyə məcbur edəcək.

 Əntiqə Rəşid