adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Noyabr 2021 15:02
1022
MARAQLI
A- A+

İnsan beyni getdikcə kiçilir.

“Brain, Behavior and Evolution” jurnalında dərc edilən araşdırmaya görə, müasir insan beyninin kütləsi son 50.000 ildə 5 faizdən çox azalıb. Beyin kütləsinin azalmasının əsas səbəbi tapılmasa da, alimlər bunun piylənmənin artması ilə bağlı ola biləcəyini düşünürlər.

Amerikalı alim Ceff Morqan Stibel son illərdə gündəmdə olan “İnsan beyni getdikcə kiçilir” şübhələrini yeni araşdırması ilə təsdiqləyib.
Araşdırmaya görə, son 4 milyon il ərzində insanın bədən ölçüləri artıb, beyin bədənin qalan hissəsi ilə qeyri-mütənasib şəkildə böyüyüb.
Lakin milyonlarla illik təkamüldən fərqli olaraq, anatomik cəhətdən müasir insanların beyin kütləsi son 50.000 il ərzində əhəmiyyətli dərəcədə azalıb.
C.Stibelə görə, insan beynindəki kiçilmənin əsas səbəbi aydın deyil, lakin piylənmə ilə bağlı ola bilər.
Bu araşdırma üçün “Holosen” dövrünə aid 30 və “Son pleistosen” dövrünə aid 25 kəllə tədqiq edilib.1980-1982-ci illər arasında ölən 19 nəfərin yarılma hesabatları müasir insanların müayinəsi üçün istifadə edildi. Nəticələr insan beyninin 5,415 faiz kiçildiyini üzə çıxarıb.
Stibel deyir ki, beyin kütləsinin azalması ilə yanaşı, sənayeləşmiş bölgələrdə yaşayan insanların zəka səviyyələri də son 30 ildə əhəmiyyətli dərəcədə azalıb.
Tədqiqatçılar, elmdə və inkişaf edən texnologiyada baş verən bütün inkişafların beyindəki dəyişiklikləri kompensasiya etmək üçün kifayət olmaya biləcəyini vurğulayıblar.

 

İLTİFAT