adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Noyabr 2021 10:40
1273
GÜNDƏM
A- A+

Qarabağa dönən "köçkün" ermənilərin sayı açıqlandı: 2020-ci ilin noyabrından 30 sentyabr 2021-ci il tarixinədək...

44 günlük müharibədən sonra Ermənistandan Azərbaycan ərazisi olan Qarabağa geri dönən ermənilərin sayı  açıqlanıb.


Adalet.az Sputnik Armenia saytına istinadən  xəbər verir ki, bu barədə işğalçı Ermənistan rejimindən məlumat verilib.
Sayt yazır: “Müvəqqəti miqrantlar öz vətənlərinə - Qarabağa qayıtmaqda davam edirlər.


2020-ci il müharibəsindən sonra Ermənistandan ümumilikdə 47 930 vətəndaş Qarabağa qayıdıb. Bildirilir ki, qondarma “Artsax”administrasiyası ilə birgə İrəvan bələdiyyəsi məcburi köçkünlərin öz vətənlərinə pulsuz daşınmasını təşkil edir.
Məlumatlar 2020-ci ilin noyabrından 30 sentyabr 2021-ci il tarixinədək olan dövr üçündür.
 

Qeyd edilib ki, ermənilərin Qarabağ köçürülməsi prosesi davam etməkdədir.


Əntiqə Rəşid