adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Noyabr 2021 17:55
1178
DÜNYA
A- A+

İsveçin baş naziri istefa verdi

İsveçin Baş naziri Stefan Lyöven istefa verdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə İsveç mətbuatında rəsmi məlumat yayılıb.

Bildirilib ki, Lyöven istefa ərizəsini parlamentin sədri Andreas Norlenə təqdim edib.

Qeyd edək ki, Lyöven noyabrın 5-də Sosial Demokrat Partiyasının sədrliyindən də istefa vermişdi. Bu vəzifəyə iqtisadiyyat və maliyyə naziri xanım Maqdalena Andersson seçilmişdi. Baş nazir vəzifəsinə Maqdalena Andersonun seçiləcəyi bildirilir. Belə olarsa, Anderson İsveç Krallığı tarixində ilk qadın baş nazir olacaq.(axar.az)