adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
02 Noyabr 2021 15:03
1981
ŞOU-BİZNES
A- A+

Ərə getmək istəyən müğənni yeni sevgilisi haqqında: "Panyatka" kişinin gözmuncuğudur"  

Açıq-saçıq geyimi, məsuliyyətsiz açıqlamaları,  həddən artıq sərbəst (özbaşına ) hərəkətləri ilə tamaşaçıda hər zaman qıcıq yaradan müğənni Səidə Sultanın bir açıqlamasını yadınıza salıb, sizə bir xəbər çatdıracağam. O deyib: “Hər zaman ərə getmək mənə gülməli gəlib. Ona görə də hələ ailə qura bilmirəm.Həmişə deyirdim ki, ərə getmək nədir, gəz, kef et. Bacılarım ailə qurandan sonra mən də həvəsə düşdüm. Hələ Koroğlu kimi birini tapmamışam. Ona görə də ərə getmirəm”.

Hətta Səidə dostu Niyam Salaminin ona evlilik təklifi etməsi ilə bağlı suallara belə cavab verib: “Gərək adamda kiməsə qarşı bir az "qıdıq" olsun. Niyama qarşı yoxdu. Niyama dedim ki, bağışla, qardaşımsan, sənə ərə gedə bilmərəm. Dedi ki, minnətin olsun. Mənə hələ bir minnət də qoydu”.


Adalet.az  xəbər verir ki, müğənni Səidə Sultan  "Günün sədası" proqramında növbəti dəfə maraqlı açıqlama verib. O, dostlarından ayrıldıqdan sonra işlərinin qaydasına düşdüyünü söyləyib:
"Yolum açıldı, ruzim oldu. İki insan həyatımdan çıxandan sonra həyatım dəyişdi. İki oğlan idi, dostluq etmişdik".
Sənətçi şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb. Səidə qeyd edib ki, çox istədiyi, dəyər verdiyi insan var:
"Hörmət olmayan yerdə gözəl heç nə olmur. Sevgi sözünü işlətməyə qorxuram. İnsan sevgini bir dəfə yaşayır. Ondan sonra olmur. Ona görə hörmət edirəm ki, qanacaqlı adamdır. "Panyatka" kişinin gözmuncuğudur".

 Əntiqə Rəşid