adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Noyabr 2021 11:28
773
DÜNYA
A- A+

Putinin "qaz siyasəti"  bəhrəsini verir

Putinin dünya bazarında qazın qiymətinin birdən-birə kəskin artımına səbəb olan "qazdan siyasi divident qazanmaq" siyasəti artıq Avropanı diz çökdürməkdə davam edir.  Avqust ayında min kub m. qaz 515 dollara təjlif olunan qazın qyməti birdən -birə 2000 dollara yaxınlaşdı. Hazırda qiymətlər nisbətən aşağı düşsədə,  yenə də yüksək qalmaqda davam edir.

 "Şimal axını-2" layihəsinin tikintisinə etiraz edənlər bir-birinin ardınca az qala yalvararaq Rusiyaya qazın qiymətlərinin aşağı salınması üçün müraciətlər ünvanlayırlar. Bu günlərdə Polşanın PGİPG qaz şirkəti Rusiyanın "Qazprom" şirkətinə məktubla müraciət edərək, 1996-cı il müqaviləsinə yenidən baxılmasını və Polşaya verilən qazın qiymətlərinin aşağı salınmasını, Almaniya isə Rusiyadan "Şimal axını -2" layihəsinin işə salınması prosesini sürətləndirməyi xahiş ediblər.

Rusiya prezidenti Vladimir Putinin Avropaya ötürülən qazın miqdarının artırılması ilə bağlı "Qazpromun" prezidenti Millerə vetdiyi hösyərişdən sonra dünya bazarında qazın qiymətləri sürətlə aşağı düşərək 750 dollar səviyəsinədək enib. 

Beləliklə Rusiya təkcə odlu silahla deyil, həmçinin karbo-hidratlatla da təhlükəli oyunlar oynamağı bacarığını ortaya qoydu. 

Rüstəm Hacıyev