adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
30 Oktyabr 2021 10:01
555
DÜNYA
A- A+

Daha bir ölkədə beş yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

Malayziya hökuməti 5 yaşından 12 yaşa qədər uşaqların koronavirusa qarşı peyvəndlənməsinə başlamaq niyyətindədir.

Bunun üçün ölkə “Pfizer-BioNTech” vaksinin partiyasını alacaq.

Bu barədə ölkənin səhiyyə naziri Xairi Camaluddin bildirib.

Camaluddin qeyd edib ki, uşaqların peyvənd edilməsi üçün digər peyvəndlər, xüsusən də Çin dərmanı olan “Sinovac” da nəzərdə tutulur.

Sentyabrın 20-də Malayziya 12 yaşından yuxarı şəxslərin peyvənd kampaniyasına başlayıb. Yeniyetmələrə “Pfizer-BioNTech” və “Sinovac” peyvəndləri vurulur.

Camaluddin qeyd edib ki, yeniyetmələrin 62%-i bu günə qədər tam peyvənd olunub, 82%-i isə ilk dozanı vurdurub.