adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Oktyabr 2021 16:31
859
SİYASƏT
A- A+

Ərdoğan Makronla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacaq.

Görüşdə tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri və Şərqi Aralıq dənizinin təhlükəsizliyi məsələsi başda olmaqla bir çox mövzularda müzakirə aparacaqlar.