adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 12:23
2526
MƏDƏNİYYƏT
A- A+

"Şərqin Muğam Sədası 2" beynəlxalq festivalı keçirildi - VİDEO

25 oktyabr tarixində "Azərbaycan Mədəniyyəti" sosial platforması və "Sumqayıt Gənclər Evi"nin təşkilatçılığı ilə "Şərqin Muğam Sədası 2" beynəlxalq festivalı keçirildi.


Festival aparacıların "Azərbaycan Mədəniyyəti" sosial platforması haqqında məlumatların səsləndirilməsi ilə başladı. Bildirildi ki, artıq 4 ildir ki "Azərbaycan Mədəniyyəti" platforması mədəniyyət incilərimizin, korifeylərimizin, ustadlarmızın, sənətkarlarımızın təbliğində böyük uğurlar qazanmışdı. Məqsəd isə gənclərə, həmvətəndaşlarımıza, həmçinin də əcnəbilərə Azərbaycan muğamını, mədəniyyətini sevdirmək və tanıtmaq olmuşdur. 


Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq Azərbaycan Mədəniyyətinə dövlət tərəfindən böyük qayğı göstərilir. Bu gün də bu missiyanı Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirərək muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır.


Daha sonra isə festival xanəndələrin və musiqiçiləin ifaları  ilə davam edib. 


Ülkər Orucova - "Azərbaycan", "Yaşa Mənim Xalqım"


Səbinə Abbasova - "Azərbaycan qızıyam", "Şuşanın dağları"


Rusif Abdullayev - "Xudayar təsnifi", "Külək məni yaralama"


Məhəmməd Səfərov - "Qarabağ şikəstəsi", "Xudayar təsnifi"

 


Sərxan Əliyev - "Könlüm quşu qanad çalmaz"


Novruz Qasımov - "Azərbaycanım", "Azərbaycan oğluyam"


İfaların ardınca isə, "Türk Portal" rəhbəri Metin Yıldırım çıxış edərək, "Azərbaycan Mədəniyyəti" sosial platformasına, gənclərə muğam ilə əlaqədar  belə beynəlxalq festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirərək, Azərbaycan - Türkiyə mədəniyyətinin bir-birinə necə bağlı olduğundan danışdı.


"Sumqayıt Gənclər Evi"nin direktoru Nərgiz xanım Nağıyeva da çıxış edərək gənclərə belə təşəbbüslərinə görə minnətdarlığını bildirib.


Festivalın dəyərli qonaqlarından biri də Pakistan - Azərbaycan məzunlarının assosiasiyasının təsisçisi Qayser Nəvvab idi. Ölkəmizdə bir neçə dəfə olduğunu bildirən Qayser bəy ədəbiyyatımız, musiqimiz haqqında məlumatlı olduğunu, Azərbaycan - Pakistan mədəniyyətini müqayisə edərək nümunələr gətirmişdir.


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Nigar xanım İmaməliyeva da festivalın fəxri qonaqları sırasında idi. Nigar xanım Şərqin ən qədim janrı olan Muğam və onun incəlikləri haqqında danışaraq, ölkəmizdə Heydər Əliyev fondunun muğama, musiqimizə qayğısınının necə yüksək olduğunu bir daha vurğuladı.


Festivala qatılan fəxri qonaqlar arasında İran İslam Respublikasının fəal gənclərindən biri Sara Faraj Vajari də olub. Sara xanım Azərbaycan Mədəniyyətini araşdırdıqca onun vurğunu olduğunu və muğamımızın sözlərini anlamasa da musiqinin onda xoş təəssüratlar yaratdığını bildirib.


"Şərqin Muğam Sədası 2"  beynəlxalq festivalda bir neçə ölkələrdən əcnəbi vətəndaşlar, fəxri qonaqlar və  dəyərli jurnalistlər də iştirak edib. 


Qeyd edək ki, festival iki dildə- Azərbaycan və ingilis dillərində təşkil olunmuşdu. "Şərqin Muğam Sədası 2" festivalına Türkiyədən, Pakistandan, İrandan və digər xarici ölkələrdən dinləyicilər də Zoom platforması üzərindən qatılmışdılar.