adalet.az header logo
  • Bakı 18°C
27 Oktyabr 2021 10:10
752
DÜNYA
A- A+

Yeni planet kəşf edilib

NASA Süd Yolu qalaktikası xaricində, Yerdən 28 milyon işıq ili uzaqlıqda bir planet namizədinin kəşf edildiyini açıqlayıb.

Yeni qalaktikada mümkün planet namizədin Saturnun böyüklüyündə olduğu bildirilir.

Araşdırmanın başında duran Rosanne Di Stefano bildirib ki, “bu strategiya bizə başqa qalaktikaları da tədqiq etməyə imkan verə bilər”.

Di Stefano deyib ki, M51-1 adlı potensial planetlə bağlı araşdırmalar davam edir və bunu sübut etmək üçün daha çox müşahidələrə ehtiyac var.