SON DƏQİQƏ:

Uşaqlar Facebooka girə bilməyəcəklər- SƏBƏB

  454   |  
Şriftin ölçüsü  

Avstraliya sosial mediada uşaq istifadəçiləri üçün valideyn razılığı tələbini tətbiq etməyi planlaşdırır

Avstraliyada hökumət sosial media platformalarından 16 yaşdan kiçik istifadəçilər üçün valideyn razılığını tələb edən qanun layihəsini yayımlayıb. Hökumətin bəyanatında deyilir ki, qanun qəbul olunarsa məxfilik qanunlarının rəqəmsal dövrə uyğun olmasını təmin edəcək və avstraliyalıları onlayn olaraq qoruyacaq.

Psixi Sağlamlıq və İntiharın Qarşısının Alınması Nazirinin müavini David Coleman isə yerli mətbuata bildirib ki, valideynin icazəsini tələb edəcək yeni qanun uşaqları qorumaq baxımından dünyaya nümunə ola bilər.

D.Coleman onu da əlavə edib ki, Avstraliyada gənclər arasında stress və psixi sağlamlıq əlamətlərində artım hətta  koronavirus (COVID-19) epidemiyasından əvvəl də davamlı  var idi.  

“Bunun səbəbləri mürəkkəb və müxtəlif olsa da, sosial medianın problemin bir hissəsi olduğunu bilirik”,- deyə o, qeyd edib.

“Facebook”-un ictimai-siyasi  məsələlər üzrə regional direktoru Mia Qarlik gənc istifadəçilər üçün belə qanunların tətbiqini dəstəklədiklərini ifadə edərək,  sözü gedən qanun layihəsini araşdırdıqlarını və bu mövzuda Avstraliya hökuməti ilə daha çox işləmək istədiklərini bildirib.

Qeyd olunan qanun layihəsi ilə Sosial Media platformalarından istifadəçilərinin yaşını müəyyən etmək və ilk növbədə uşaqların maraqlarını nəzərə almaq üçün bütün lazımi addımları atmaları xahiş olunur.

 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK