SON DƏQİQƏ:

Mişel Pitermans: "Minalar Qarabağın barpasına mane olur" 

  274   |  
Şriftin ölçüsü  

“Bərpa üçün maneələrdən biri minaların və digər partlamamış hərbi sursatların olmasıdır”.

Adalet.az xəbər verir ki, bunu “report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans deyib.

Diplomat bildirib ki, bu silah növündən ən çox insanlar əziyyət çəkirlər: “Onlar münaqişənin bitməsindən sonra yaralanmaq və ya ölmək riski altında olurlar. 2006-2009-cu illərdə Ottava Konvensiyasının iclaslarının iştirakçısı olaraq dünyanın müxtəlif yerlərində bu silahların qurbanı olan insanlarla görüşmüşdüm. Ümid edirəm ki, bu silah artıq istifadə olunmayacaq: o, görünməzdir və güclü yağış və ya digər təbii hadisələr nəticəsində hərəkət edə bilər. Nəticədə onların əslində harada olduğunu bilmək çox çətindir”.

Səfirin sözlərinə görə, Belçika minalardan təmizlənmə aksiyalarının qəti tərəfdarıdır: “1996-cı ildə piyada əleyhinə minaları qadağan edən ilk ölkə olaraq Belçika bu silahların qadağan edilməsi uğrunda mübarizədə novator rolu oynayıb və 1997-ci ildə Piyada Əleyhinə Mina Qadağası Konvensiyasının qəbul edilməsinə əhəmiyyətli töhfə verib”.

Qarabağın bərpası prosesində Belçika şirkətlərinin mümkün iştirakı barədə danışarkən M.Pitermans indi bir sıra Belçika şirkətlərindən müsbət siqnallar aldıqlarını vurğulayıb: “Məlumat əsas elementdir. Belçika şirkətləri ehtiyacları bildikdə, şübhəsiz ki, maraqlanacaqlar”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK