adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2021 13:21
1691
KRİMİNAL
A- A+

Bakıda 37 yaşlı kişi öldü - Səbəb... 

Bakıda 37 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.