adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
25 Oktyabr 2021 10:36
396
DÜNYA
A- A+

Puşkov: Avropanın taleyi həll edilir

Polşa ilə Avropa Birliyi arasındakı münaqişə AB-nin taleyi üçün həlledicidir.

Adalet.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında yazıb.

Puşkovun fikrincə, Varşavanın mövqeyi güclüdür, çünki İngiltərənin üzvlükdən çıxmasından sonra AB-də vəziyyət kəskin şəkildə çətinləşib:

"Lakin vəziyyət Polşada liberal qüvvələr hakimiyyətə gəldikdən sonra dəyişə bilər. Görünür, Brüsselin də yatırım etdiyi budur", - deyə siyasətçi əlavə edib.

Qeyd edək ki, Polşa Konstitusiya Məhkəməsi baş nazir Moravetskinin sorğusuna cavab olaraq ümumi Avropa müqavilələrinin bəzi müddəalarının respublika konstitusiyasına zidd olduğunu təsdiqləyib.