adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 15:45
1090
HADİSƏ
A- A+

Olimpiya mükafatçısı dostu ilə birgə öldürüldü

Ekvadorlu yüngül atlet, 200 metr məsafəyə qaçışda 2019-cu il dünya çempionatının bürünc mükafatçısı Aleks Kinyones Quayakil şəhərində öldürülüb.

Adalet.az-ın məlumatına görə, idmançı dostu ilə birgə naməlum şəxslər tərəfindən güllələnib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, şübhəlilərin axtarışları davam edir.

Oktyabrın 22-də 32 yaşı olmuş A.Kinyones dünya çempionatının medalı ilə yanaşı, 2019-cu il Pan-Amerika oyunlarının da qalibi olub.