adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 09:21
1266
DÜNYA
A- A+

Qaçırıldıqdan sonra təcavüzə uğrayan rep ifaçısı qətlə yetirildi

İsveç rep ifaçısı Einar Stokholmda güllələnib. Əsl adı Nils Qronberq olan müğənni naməlum şəxslər tərəfindən güllələnib.

Qeyd edək ki, Einar bir il əvvəl qaçırılaraq döyülmüş, sonra isə təcavüzə uğramışdı. Bütün bu dəhşətli hadisənin görüntüləri sonradan gənci alçaltmaq məqsədi ilə sosial şəbəkələrdə paylaşılmışdı.

Onun qaçırılmasında ifaçı Yasin təqsirli bilindi. Bugünkü cinayət də Yasinin həbsdə olmasından 10 ay sonra baş verib.

Qeyd edək ki, dörd albom buraxan rep ifaçısının on milyonlarla pərəstişkarı olub.