adalet.az header logo
  • Bakı 6°C
20 Oktyabr 2021 16:29
1190
İDMAN
A- A+

Milli assosiasiyalar FİFA-nın üzvlüyündən çıxmaq istəyir

Avropanın bəzi milli assosiasiyaları dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına etiraz olaraq FİFA-ya üzvlükdən çıxmaq istəyir.

Qol.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 12-dən çox federasiya dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır. 

Həmin federasiyaların artıq məsələ ilə bağlı UEFA-ya məlumat verdikləri bildirilir. Nizamnaməyə görə, hansısa yerli federasiya təqvim ilinin bitməsinə altı ay qalmış xəbərdarlıq edərək FİFA-dan ayrıla bilər.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı yekun qərarın ilin sonunda açıqlanacağını bildirib.