adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Oktyabr 2021 09:50
398
DÜNYA
A- A+

BMT TŞ Şimali Koreyanın raket sınaqlarını müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası bu gün Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqlarını qapalı formatda müzakirə edəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə "TASS"a BMT-dəki mənbə xəbər verib.

Mənbə bildirib: "Oktyabrın 20-si "müxtəlif" bölməsində müzakirə ediləcək". "Müstəlif" bölməsindəki sualların müzakirəsi mətbuata qapalı formatda keçirilir.

Xatırladaq ki, daha əvvəl KXDR oktyabrın 19-u sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib.