SON DƏQİQƏ:

Qanunsuz balıq ovlayanlar saxlanılıb

  336   |  
Şriftin ölçüsü  

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Adalet.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakinləri Rasim Şəfəqqətov, Xanlar Babayev, Xaçmaz rayon sakinləri Layiq Səbzəliyev, Ehtibar Bəşirov, Bakı şəhər sakini Taleh İsmayılov və Yevlax rayon sakini Şəhriyar Hüseynov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və 500 metrdən artıq sintetik tor yığışdırılıb.

“Faktla bağlı akt, protokol tərtib edilib və brakonyerlər ümumilikdə 4200 manat məbləğində cərimə olunub”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Kəlbəcər rayon sakini Murğuz Mamedov, Astara şəhər sakini Namiq Əliyev, Bakı şəhər sakini Vilayət Əsgərov, Ağdaş rayon sakini Zimistan Hümmətov saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK