adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2021 13:41
1876
ŞOU-BİZNES
A- A+

 Xalq artisti gizlinləri açdı:”Kredit borcum”, “İlqar Xəyalın qorxusu”

Xalq artisti Aygün Kazımova "Səhər mərkəzi" proqramının yeni mövsümdəki ilk buraxılışının qonağı olub. Verlişdə müğənni ona pərəstişkarlarının ünvanlandığı sualları cavablandırıb.
Adalet.az
xəbər verir ki, sənətçi fanatlarından birinin təhsil haqqısını ödəyəcəyini deyib. Belə ki, bir pərəstişkarı ondan təhsil haqqını ödəməsini istəyib. O, isə buna razılaşıb və edəcəyinə söz verib.
"Qızını döyməyib, dizini döyüb" sualına isə Kazımova "Bəli, döymüşəm. Əlbəttə, olub" cavabını verib.
"Ödənməyən kreditləriniz var" sualına isə müğənni "Ödənməyən kreditlərim var, bunu əvvəl də demişdim" reaksiyasını verib.
Xalq artisti həmin verlişdə müğənni İlqar Xəyalla bağlı sirri də açıqlayıb.
İfaçı Latviyada keçirilən "Yurmala-89" festivalı ərəfəsində başlarına gələni etiraf edib. Bu haqda Kazımova İ.Xəyalın qorxudan səhnəyə çıxmadığını deyib:


"Qaya" orkestrinin rəhbəri Teymur Mirzəyev bizi Bakıdan yola saldı. Dedilər, yer tutmasan qayıtma. Dörd nəfər getdik: Samir Bağırov, İlqar Xəyal, Sevil Hacıyeva və mən. İlqar Xəyalın nömrəsi birinci idi, həyəcandan qorxdu və səhnədən imtina etdi, çıxmadı. İlqar, incimə, amma düzünü deməliyəm. Sonra yenidən müraciət etdi ki, özümü toparladım, çıxım səhnəyə. Amma rejissor razılaşmadı. Samir Bağırov kəsildi. Sevil keçdi oldu diplomat. Mən isə yarışmanın başına nə oyun açdım görmüsüz. Düz eləmişəm, mikrofonu elə qoydum, onsuz kəsildim".

 Əntiqə Rəşid