adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Oktyabr 2021 12:42
1018
HADİSƏ
A- A+

Döyüşə şagirdlər gedir - 12 nəfər... 

12 yaşlı şagird məktəbdə atəşfəşanlıq edib 20 sentyabr tarixində Perm Unversitetinin binasında 18 yaşlı Timur Bekmansurovun açdığı atəşlərdən sonra altı nəfər ölüb və 43 nəfər xəsarət almışdı.

Adalet.az daha sonra o, hadisə yerinə gələn polislərə atəş açmış və polisin açdığı cavab atəşi ilə yaralanaraq zərərsizləşdirilmişdi. İndi isə Permin Oktyabrski dairəsində yerləşən məktəbdə, 12 yaşlı altıncı sinif şagirdi, sinif yoldaşlarına və müəllimlərinə qəzəbini nümayiş etdirmək məqsədilə məktəbdə silahdan atəş açıb. Şübhəli şagirdin dediyinə görə, guya gecə yuxuda Allah ona deyib ki, "nə etmək lazımdır".

O, silahlandığı karabinlə sinif yoldaşını başa salmaq istəyirmiş. Araşdırma zamanı məlum olub ki, hadisəni törədən şagird məktəbdə normal uşaqlardan sayılıb, polisdə hər hansı davranışı ilə qeydə alınmayıb, aktiv şagirdlərdən sayılıb. O, yaxşı ailədə tərbiyə alıb. Rusiya qanunvericiliyinə görə, həmin şagird 12 yaşı olduğu üçün cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hadisəni törədən şagird məktəbdə "Sayqa" tipli karabindən iki dəfə atəş açıb. Müəllimlər atəş səsini eşidən kimi, siniflərdə qapanıblar. Şagird məktəb direktoru tərəfindən "zərərsizləşdirilib.

Direktorun onunla danışıqlarından sonra o, "hücum planlarından" imtina edib. İnsident zamanı məktəbdə 300-dən çox şagird olub. Polisin məlumatına görə atəşlər tavana tərəf atılıb.

Rüstəm Hacıyev