adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Oktyabr 2021 15:44
731
İDMAN
A- A+

QURBAN QURBANOVU NİYƏ MİLLİDƏN  ÇIXARTDILAR?

Azərbaycan futbolunu Foqts  5 il barmağına  sarıdı, ona gözün üstə  qaşın var deyən olmadı. İndi də  De Byazi futbolumuzu barmağına sarıyıb, yəqin ki, ona da gözün üstə qaşın var deyən  olmayacaq.

Amma Qurbanı  6 ay işləməyə  qoymadılar. Məcbur elədilər ki, istefa versin.

Əslində Qurbanın  çıxarılmasının  başqa səbəbi var.  Təbii ki, bu mənim  subyektiv  fikrimdi, amma obyektivə yaxındı.

Qurbanı milliyə ona görə gətirdilər ki, «Qarabağ»dan çıxsın və «Qarabağ»ı da ya «Xəzər Lənkəran»ın, yaxşı halda, «Qəbələ»nin gününə salsınlar.  Amma Qurban «Qarabağ»a xəyanət etmədi. Gördülər, yox, Qurbanı «Qarabağ»dan aralaya bilmədilər, Millidən yola saldılar.