adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
08 Oktyabr 2021 12:27
493
DÜNYA
A- A+

Rusiyanın NATO-dakı missiyası dayandırıla bilər

Rusiyanın  səkkiz diplomatının NATO -dan qovulması, faktiki olaraq  Rusiya - NATO münasibətlərini heçə endirir. Bu barədə RİA Novostiyə bildirən Hərbi Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Bartoş qeyd edib ki, aldığımız məlumatlara görə, guya  "rus kəşviyyatının əməkdaşları kimi" əvvəlcədən qeydiyyata alınmayan səkkiz əməkdaş NATO -dan qovulavaq. 

Bundan başqa Moskvanın akkredidasiya edilmiş üzvülərinin sayı on nəfərədək endiriləcək. "Kommersant" qəzeti yaxır ki, buna cavab olaraq Rusiya ümumiyyətlə NATO -dakı missiyasını bağlaya bilər.

Bartoşun sözlərinə görə, NATO hələ 2010-cu ildən qəbul etdiyyi konsepsiyaya əsasən Rusiya ilə əlaqələrdən  və dialoqdan mümkün qədər imtina edilməlidir.

"Dialoq yoxdur, NATO- nun gücünün artırılması məqsədilə kəşviyatçı təyyarələri Rusiya sərhədləri yaxınlığında uçuşlar həyata keçirir, mütamadi olaraq Belarus və Rusiya sərhədlərində hərbi təlimlər keçirir, Qara dənizdəki hərəkətləri və s."- deyə ekspert sözlərinə aydınlıq gətirib.

Rüstəm Hacıyev