adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Oktyabr 2021 12:11
1247
SİYASƏT
A- A+

İran- İsrail- ABŞ gizli əlaqələri - ARAŞDIRMA

Son günlər regionda gedən proseslər, İran-Azərbaycan münasibətləri, gərginliklər İran məsələsini cəmiyyətimiz üçün əsas gündəmə çevirib.

Biz bəzi dövlətləri sonsuza kimi düşmən, bir masa arxasında əyləşə bilməzlər deyə düşünürük. Amma söhbət siyəsətdən gedirsə, masa da mümkündür, hələ ticarət də...

Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ), ölkə prezidenti Ronald Reyqanın etirafları, məhkəmə davalarının oduğu halda kiminlərinsə aldadıcı populist çıxışlarına inanmaq sadəcə sadəlövhlük olardı.

Məlum olduğu kimi,İranda 1979-cu ildəİslaminqilabının baş verməsindən sonra regionda diplomatik və iqtisadi əlaqələrdə köklü dəyişikliklər baş verdi. Xüsusən,İrandakıABŞsəfirliyinin tutulmasıİran-ABŞmünasibətlərinin dünyanın ən qatı düşmən obrazının yaradılmasına səbəb oldu. Soyuq savaş dönəmi olmasına baxmayaraqSSRİartıq qısa zaman sonra öz mövqeyini itirəcəkdi.

Radikal teokratik şiələrin iş başında olmasıİranıABŞ-ın ən yaxın dostu İsraillə qiyamətə kimi kafir-mömin profilli düşmənçiliyə çevirdi. Əlbəttə ki, İsraillə belə münasibətlərdə yalnızABŞyox,İranın qatı dəstəkçisi vəİranın müdafiə etdiyi Hizbullah təşkilatı da böyük rol oynayırdı. İsrailin regionda hər bir hərəkətinə maneçilik törətməyə çalışan Hizbullah sonradan İsrail-ABŞ-İranarasında ipli oyuncağa çevriləcəkdi.

Hər şey 80-ci illərin əvvəllərində başladı. Bir skandal bu üç ölkənin gizli əlaqələrini ortaya çıxaracaq, məbləği ağıllara sığmaz ticarət əlaqəsi məlum olacaqdı.

Bütün bu əlaqələr 1986-cı ilin noyabr ayında ortaya çıxdı. Bu zamanABŞNikaraquada solçu hakimiyyəti devirmək üçün hakimiyyətə qarşı döyüşənlərə maliyyə və silah yardımı edir, onların təlim keçməsinə köməklik göstərirdi. Amma 1986-cı ildə Nikaraquanın hakimiyyətdə olan Sandinist silahlıları tərəfindən yerli döyüşçülərə silah daşıyan bir pilot ələ keçirildi. Beləliklə dünya cəmiyyətinin düşündüyünün tam əksi məlum oldu.


ABŞhökümətinin 1930-cu illərdən bəri Nikaraquanın Marksist-Sandinist hökümətini devirməyə çalışması onun bəzi yerlərdə özünün belə inana bilməyəcəyi səhvlər etməsinə səbəb oldu. Nikaraqua hökümətinin dirənişiABŞ-ı dünya ictimaiyyətində ifşa edəcəkdi.

ABŞNikaraquada yerli höküməti devirməyə çalışarkən Livanda bir qrup amerikalı Hizbullahın əlinə keçmişdi. Soyuq müharibə bir yandan, digər tərəfdənABŞ-ın qonşuluğundakı ölkələrdə hakimiyyətlərin solçuların əlinə keçməsi Reyqan hökümətini çarəsiz duruma qoymuşdu.

Hizbullah rəhbərliyi kimsəni dinləmir və danışıqlara belə getmək istəmir. Digər tərəfdən isə nəhəng bir dövlətin terrorist saydığı təşkilatla diplomatik əlaqəyə girməsi onun üçün baş ucalığı gətirməyəcəkdi. Elə isə kim bu problemi aradan qaldıra bilərdi? Və cavab tapıldı.ABŞ-ın bir nömrəli düşməni yalnızİranbu məsələni həll edə bilərdi.İranın Hizbullahla münasibətlərini, ona təsir etmək gücünü anlayan Reyqan hakimiyyətiİranla münasibət yaratmağı daha uyğun yol bildi.


Bəs,İranla bu əlaqələri necə yaratmaq olardı? Bu çox təhlükəli təklif olardı. Soyuq müharibə sırasındaABŞ-ın qəbul etmədiyi bir hakimiyyətlə masa arxasında əyləşməsi onun nüfuzunu yerlə yeksan edərdi. Aranı düzəltmək üçün vasitəçi lazım idi. Bu vasitəçi isəABŞ-ın hər mənada inandığı və etibar etdiyi İsrail dövləti idi.

ABŞbu problemi aradan qaldırmaq üçün dərhal qollarını çırmaladı və İsrailləİranarasında məxfi görüşlərə start verildi.ABŞbu görüşlərdə Tehrana öz təklifini verdi: “Sən Hizbullahın saxladığı əsirləri geri qaytar, mən də sənə laızm olduğu qədər silah satım.”

Bu çox gözəl bir təklif idi. Həm də gözlənilməz.İrana qarşı sanksiyalar onun silahlanmağına, ticarət əlaqələrini buxovlamışdı. Və belə bir zamandaİraq-İranmüharibəsi... Belə bir göydəndüşmə təklifə yox demək ağılsızlıq olardı.İslamrejimi təklifi qəbul etdi...

Böyük bir silah alverinin əsası beləcə qoyulmuş oldu.ABŞsilahları İsrail vasitəsiyləİrana çatdırır,İranisə həmin silahlarının pulunu İsrail vasitəsiləABŞ-a göndərirdi. Hə iki tərəf bu alverdən çox məmnun görünürdü.
ABŞbu qeyri-leqal silah alverindən gələn pulların xərclənməsi üçün yer də tapmışdı. Bu pullar elə qeyri-leqal işlərə yönəldilməli idi. Xüsusən, solçu hökümətləri devirmək üçün. Beləliklə, Irana satdığı silahların pulunun bir hissəsini Nikaraquada hökümətinə qarşı döyüşən silahlılara göndərirdi.İranisə aldığı silahlarla ordusunu silahlandırır, sanksiyaların yaratdığı çətinlikdən çıxmağa çalışırdı.


Amma bu çox çəkmədi.ABŞ-İsrail-İranməhəbbət üçbucağının taleyi Nikaraquada ifşa olundu. Ələ keçən pilotABŞ-ın yardımlarından danışacaq, sol hökümətə yardım edən dünya kəşfiyyatçıları isə bu izlə gedərək üçbucağının pərdə arxasındakı münasibətlərini ortaya çıxaracaqdı.

Bu olay məhkəməyə kimi uzandı. Budan öncəsə hadisəni yalanlamaq üçün Reyqan hökümətinin üzərinə böyük məsuliyyət düşürdü. Ölkə prezidenti dərhal televiziyalar önünə çıxdı. 6 noyabr 1986-cı il çıxışında Ronald Reyqan belə bir şeyin olmadığını bildirdi. Bütün bu ittihamların yalan,ABŞ-ı sevməyən qüvvələrin işi olduğunu söylədi. Amma onun söylədiklərinə inanmaq çox çətin idi. Ortada inkaredilməz faktlar var idi. Dünyanın ən nəhəng iki dövlətindən birinin prezidentinin yalanının üzə çıxması heç də həmin dövlət üçün baş ucalığı gətirmirdi. Hadisələri başqa məcraya yönəltmək və ya bu ticarəti kiminsə üzərinə yıxaraqABŞ-ı bu rüsvayçılıqdan qurtarmaq lazım idi. Və ölkə prezidenti tərəfindən yeni bir çıxış hazırlandı. Reyqan bu dəfə 13 noyabr tarixində televiziyalar önünə çıxdı. Bu dəfə o baş verənlərin yalan olmadığını, həqiqətə söykəndiyini söylədi. Amma...

Amma o bunu Hizbullah kimi təşkilatla əlaqə üçün yaradılmadığını bildirdi. Yəni bu əsirlərə görə deyilmiş. Hər haldaABŞprezidenti nəyi etiraf etsə də Hizbullahdan çəkindiyinə görə bu cür ticarətə getdiyini deyə bilməzdi. Təsəvür edirsinizmi,ABŞkimi nəhəng dövlət Hizbullahdan qorxub. Bunu bir prezident necə etiraf edə bilərdi?!
Məsələdə MKİ-in əsas barmağı olduğu üzə çıxdıqdan sonra Amerika Milli Təhlükəsizlik İdarəsinin polkovniki Oliver Nos bütün məsuliyyəti öz üzərinə götürdü və istefa verdi. O, dövlətini bu biabırçılıqdan xilas etmək üçün son vəzifəsini yerinə yetirdi...

Bu hadisənin digər ilginc tərəfi isə regionda gedənİraq-İranmüharibəsində yaşananlar idi.ABŞSəddam Hüseynrejimini bu müharibədə müdafiə edir və öz köməyini əsirgəmirdi. Amma ortaya çıxan faktlar göstərdi ki,ABŞeyni zamandaİraqı dəstəkləməkləİrana da silah satır. Aysberqin görünən tərəfiABŞ-ınİraqı dəstəkləməsi, eyni zamanda isə pərdə arxasındaİrana silah satması beyinləri illərlə məşğul edəcəkdi. BuABŞ-ın sonra göstərdiyi dəstəklərdə də özünü göstərəcəkdi. İki müharibə edən dövlətlərdən birini açıq aşkar müdafiə edəcək, digərinə isə tamaşanın arxasından əlini uzadacaqdı. Deyildiyi kimiABŞ-ın dostları yox, əbədi mənafeləri var.

XXI əsrdə də bu tip hadisələr yaşanmaqda davam edir. Ara-sıraABŞ-İranarasında münasibətlər tarıma çəkilir, aradasa yumşalma və ya münasibətlərdə siyasi sabitlik yaranır. Pərdə araxasında isə hansı oyunların getdiyindən xəbərsizik.

İrana qarşı sanksiyalar yenə də davam edir. Bəs,İranöz ordusunu silahlandırmaqda, dövləti maliiyələşdirməkdə hansı metodlardan istifadə edir. Hər şey əslində çox dərin göründüyü kimi də bəsitdir. Bəzi məsələrdə bəzi qərb ölkələrinəİranda həmişə radikal hakimiyyətin mövcud olmasından sərf edici ikinci vasitə yoxdur. Hətta radikal rejimə qarşı ayaqlanma olduqda bəzi qərb işbazları qollarını çırmalayaraq hakimiyyətə öz yardımı göstərir. Təbii ki, yenə pərdə endikdən sonra.

Sanksiyalar zamanıİranöz neftini qeyri-leqal yollarla satmağa məcbur olur.İranın ən böyük neft yataqlarına malik oduğunu nəzərə alsaq hər şey aydındır. Əvəzində qərb ucuz neftə sahib olur, eyni zamanda neftə olan tələbatını ödəyir,İranrejimi isə pul qazanır. Hətta bu nə qədər ucuz alınsa da neft zənginliyiİranın böyük pullar əldə etməsinə köməklik göstərir.

Bu gün Hind okeanı hövzəsində qərbin hərbi-dəniz qüvvələri keşik çəkir. Onların izni olmadan hər hansı bir tankerinİranneftini daşınması mümkün deyil. Qıraqdan hər şey qanuni görünə bilər. Həttaİranbaşqa dövlətlərə neft satsa da belə əvəzindəABŞ-ın neft vasitəsilə “peşkəş”ini görməli olur. Bu peşkəş isə ucuz qiymətə satılan neft məhsullarıdır. Hazırda Fars körfəzi hövzəsində çoxlu sayda neft ayırma zavodları və limanlar fəliyyət göstərir ki, onların 50%-dən artığı qeyri-leqal fəaliyyət göstərir. Həmin zavod və limanlara isə yəhudi və qərb iş adamları-kəşfiyyatçıları tərəfindən nəzarət olunur. Orada çıxarılan neft məhsulları adətən dövlət sənədlərindən gizlədilir. Sanki bu neft yerin altından çıxardılmayıbmış. Həmin neft məhsulları sonradan əl dəyişilərək qanuniləşərəkİrannefti olmaqdan çıxır və başqa ölkənin çıxardığı neftə çevrilir. Daha sonrasa o nefti qərb dövlətləri qanuni formada almış olur.
Əlbəttə,İranın statistikaya görə çıxarılan neft həcmi və onu satdığı ölkələr var. Amma biz qeyri-leqal, sənəd üzərində olmayanlardan danışdıq.

 

Emin Piri