adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2021 13:55
1370
DÜNYA
A- A+

Makron Əfqanıstanda qadınların vəziyyətindən narahatdı

Fransa prezidenti Emanuel Mskron, Taliban hərəkatının hakimiyyəti hələ keçirməsindən sonra, Əfqanıstanda qadınların dəhşətli vəziyyətdə düşdüyünü bildirib.

"Əfqanıstanda bu gün qadınların vəziyyəti dəhşətdi. Ona görə onların çoxu artıq Əfqanıstanı tərk edib. Beynəlxalq ictimayyət bacardığını etdi... Fransa maksimum əlindən gələni etdi... Son illər bir çox qadının təhsil almaq, idmana, incəsənətə maraq göstərməsindən sonra, artıq bütün qapılar onların üzünə bağlanıb" - deyə, Fransa lideri France İnter radiostansiyasına müsahibəsində bildirib.

O, daha sonra əlavə edib ki, taliblərin hakimiyyətinin tamınması üçün, onlar əfqan qadınlarının gələcəyini təmin etməlidirlər.

Rüstəm Hacıyev