adalet.az header logo
  • Bakı 13°C
22 Sentyabr 2021 12:20
1841
DÜNYA
A- A+

BMT TƏHLÜKƏSİZLİK ŞURASI NƏ VAXT YIĞIŞACAQ?

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenziya bildirib ki, təhlükəsizlik şurasısının sammitinin keçirilməsi vacibdir, lakin hələ ki, sammitin keçiriləcəyi vaxt və yer müəyyənləşdirilməyib.

"Təhlükəsizlik şurasının daimi üzvləri olan dövlət başçılarının görüşü aktuallığını saxlayır. Hələ ki, görüşün keçiriləcəyi vaxt və yer məsələsinə aydınlıq gətirilməyib"-deyə Nebenziya RİA Novostiyə bildirib.

O, qeyd edib ki, görüşün bu günədək keçirilməməsinə pandemiya mane olub. "Buna baxmayaraq, üzv dövlətlərin istəyi olarsa, təşkilatçılıq məsələlərində problem olmaz. Dünya ictimayyəti qarşısında dayanan problemlərin həllində Təhlükəsizlik Şurasının rolu danılmazdır".
 

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin lider ölkələrinin görüşməsini təklif etmişdi. TŞ-nın daimi üzvüləri - ABŞ, Çin, Fransa, Britaniya görüşə hazır olduqlarını bildiriblər.

Rüstəm Hacıyev