SON DƏQİQƏ:

İnək sağan qadınları izləyərkən peyvəndi kəşf etdi 

  758   |  
Şriftin ölçüsü  

Tarix boyu bəşər övladı oddan tutmuş silaha qədər bir çox kəşflər etdi və bəzən etdiyi kəşflərin bəlasına da düçar oldu. Bunlarla yanaşı xəstəliklər, viruslar da daima insanoğlunu qarabaqara izləyən problemlərdən biri oldu. Kimisi kütləvi xəstəliklərlə, viruslarla mübarizəni insanları yandırıb məhv etməkdə gördu, kimisi mənsub olduğu dini əlində rəhbər tutaraq “mən yoluxmaram” dedi, kimisi də… Ortaq məqsəd isə peyvəndə qarşı çıxmaq oldu.

Bu durum tarixin müxtəlif dönəmlərində ya təbii yolla həll edildi, ya da immunitet yaratmaq üçün üsullar tapıldı. 2019-cu ildən dünyanı ağuşuna alan koronavirusu isə hansı üsullarla məhv edəcəklər, hələ ki bilinmir.

Bəziləri qrip kimi zamanla adi bir xəstəliyə çevriləcəyinə inanır, bəziləri sars kimi bir anda peyda olub bir andaca da yox olacağına inanır, bəziləri isə danışmaq yerinə bir həll yolunun tapılmasına çalışır.

Alimlər bu virusa qarşı immunitet sistemi yaradan peyvənd üzərində işləyirlər. Bəs yaxşı, bu peyvənd üsulu necə yarandı?

İlk peyvənd necə hazırlandı?

Məsələn, tarixə baxsaq, suçiçəyindən qorunmaq istəyən çinlilər xəstələnən insanların vücudunda yaranan yaraları alıb toz halına gətirərək burunlarına üfürürdülər.

Amma təsəvvür edin ki, texnologiyanın olmadığı dövrlər virusun var olduğu xəbəri ölkədən ölkəyə necə gec çatardı. Bu səbəbdən bəzən viruslar 100 il boyunca insanları məhv etməyə davam edirdi.

Məsələn, Asteklər illər boyu suçiçəyindən yaxa qurtara bilməmiş və neçə-neçə nəsillər ölüb getmişdi.

1717-ci ildə ilk suçiçəyi peyvəndi hazırlandı. Dövrün ingilis konsolunun arvadı Leydi Monteqo məktubunda belə yazır:

“Bizdə çox öldürücü olan suçiçəyi xəstəliyi peyvənd üsulu ilə zərərsiz hala gətirildi. Bu üsula o qədər güvənirəm ki, öz övladıma da etdirdim. Vətənimi çox sevdiyim üçün bu üsulun ora da gətirilməsini arzu edirəm”.

O dövrdəki peyvənd üsulu indi olduğu kimi iynə ilə tətbiq olunmurdu. Xəstələrin yarasından əncir yarpağı ilə götürülmüş irin, çirk sağlam insanların dərisinə yeridilir və yara gül yarpaqları ilə örtülürdü. Bəs yaxşı, işə yarayırdımı? Bəli, özü də necə… Bunun sayəsində peyvəndlənənlərin ölüm riski 90-95 faiz aşağı düşürdü.

 

1796-ci ilin isti yay günlərindən birində şəhərdə gəzişən Edvard Cenner durduğu anbarın içində inək sağan qadınları izləməyə başlayır. Suçiçəyi xəstələyinin get-gedə artdığı bu günlərdə insanlar toplu olaraq eyni yerdə vaxt keçirtmir, bacardıqları qədər izolyasiya içində yaşayırdılar. O, qadınları izləyərkən fərqinə varır ki, qadınların heç birində suçiçəyi yarası yoxdur və olduqca sağlam görünürlər. Ağlından keçən fikrin dalınca getməyi, araşdırmağı seçir. Qısa müddət sonra belə nəticəyə gəlir ki, süd sağan qadınlar suçiçəyinə daha az yoluxurlar. Daha sonra bu möcüzəvi qalxanın sirrini aşkar edir. Suçiçəyinə nisbətən daha yüngül görünən sığırçiçəyi xəstələyinə yoluxanlar suçiçəyinə yaxalanmırdı. Əlbəttə bu bir nəzəriyyə idi. Bunu sübut etmək üçün Edvard daha əvvəl sığırçiçəyinə yoluxan bir qadından götürdüyü nümunəni bu xəstəliyə yoluxmayan bir uşağa vurur. Uşaq yoluxur, amma tez bir zaman içində sağalır.

Cenner nəzəriyyəsini sübut etmək yolunda iri addımlarla irəliləyirdi. Amma son bir mərhələ qalmışdı. Suçiçəyinə yoluxan birindən aldığı nümunəni eyni uşağa təkrarən vurmağa qərar verir. Ardınca bir neçə gün yenə gözləyir. Cenner ya qatil olacaqdı, ya da dünya tarixində xilasedici biri kimi qalacaqdı. Nəticədə təxminlər özünü doğruldur və uşaq xəstələnmir. Artıq dünyada suçiçəyinə qarşı peyvənd yolu ilə immunitet qazanan bir insan var. Bunun sayəsində onlarla ölkədə yüz illər boyunca milyonlarla insanın ölümünə yol açan suçiçəyi tarixin dərinliklərinə qovuşmağa yaxınlaşır. Eyni dövrdə Cennerlə birlikdə müxtəlif həmkarları fərqli üsullarla müalicə əldə etdiklərini iddia etsə də, bütün bunlar iddiadan başqa bir şey olmur.

İki il tərəddüdlə yanaşılsa da, iki il sonra bu müalicə üsulu öz yerini tapır və tarixi dəyişdirir.

Latıncadan “vakka” (inək) sözündən vaksinasion sözü yaradıldı və bu üsul peyvəndə də adını vermiş oldu. Vəba, suçiçəyi, ispanya qripi və sars kimi bir çox xəstəliklər varkən bəşəriyyət yeni virus dövründən keçməkdədir.

Yəqin ki bu virusun da bir həll yolu tapılacaq.

Yenə Edvardlar öz işini görəcək..

 

Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK