SON DƏQİQƏ:

Taliban vədinə xilaf çıxdı - Qızlar məktəbə buraxılmadı

  548   |  
Şriftin ölçüsü  

Taliban Əfqanıstanın idarəçiliyinə keçdikdən sonra ölkədə sosial həyat normallaşdı və digər tərəfdən də əfqan qadınlarının gələcəyi ilə bağlı narahatlıqlar artır. Universitetlərdə qız və oğölan tələbələr ayrı-ayrı auditoriyalarda dərs keçirlər.

Yenicə açılan orta məktəblərdə qızlar məktəbə buraxılmadılar. Talibanın yaydığı açıqlamada, qızların məktəbə qayıtması ilə bağlı heç bir açıqlama verilmədi.

"Hər şey çox qaranlıq görünür",- deyən bir əfqan məktəblisi “BBC” -yə verdiyi açıqlamada çox üzüldüyünü söylədi: "Taliban hakimiyyəti ələ keçirəndə dəyişiklik edəcəyini vəd etdi, lakin rəhbərliklə bağlı son qərarlar Əfqanıstanın ciddi qaydaların olduğu 1990-cı illərə qayıtdığını göstərir".

Taliban həmçinin dünən qadınlardan məsul olan nazirliyi ləgv edərək əvvəllər ciddi dini təlimləri tətbiq edən Əxlaq Nazirliyi ilə əvəz etdi.

Taliban iqtidarda olduğu 1996-200 -ci illər arasında Fəzilətin Təbliği və Əxlaqsızlığın qarşısının alınması Nazirliyi şəriət qaydalarını yerinə yetirməsinə nəzarət etmək üçün əxlaq polisini küçələrə yerləşdirməkdən məsul idi.

"Bütün kişi müəllimlər və şagirdlər təhsil müəssisələrinə qayıtmalıdır" deyən Taliban rejimi dünən yaydığı açıqlamada 13-18 yaşlı oğlanların məktəbə getməsinin məcburi olduğunu bildirib.

Qeyd edək ki, Əfqanıstanda 13-18 yaş arası şagirdlər orta məktəblərdə oxuyurlar.

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK