adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Sentyabr 2021 13:37
2500
MƏDƏNİYYƏT
A- A+

ƏDİL İSGƏNDƏROV ERMƏNİ REJİSSORA HARANIN YOLUNU GÖSTƏRDİ?

Dünənki saytımızda Ədil İsgəndərovla bağlı bir hadisəni yada salmışdıq. Dedik bu gün də birini xatırlayaq.

Bir erməni rejissor Moskva Kinemotoqrafiya İnstitutunu bitirir və təyinatını verirlər Bakıya. Gəlir girir Kinostudiyanın direktoru Ədil müəllimin yanına, sənədlərini təqdim edir.

Ədil müəllim bunun təyinat vərəqəsinə və sənədlərinə baxıb deyir:

- Qadam, pəncərədən görürsən, bax, orda doxsan nömrəli avtobus dayanır, minirsən ona, gedib Baksovetdə düşürsən, girirsən metroya, iyirmi səkkiz apreldə çıxırsan, orda dəmiryol vağzalı var. Minirsən Bakı-İrəvan qatarına gedib İrəvanda düşürsən, ordan Armenfilmə hansı avtobus gedir bilmirəm, pulun varsa bir manat verib taksiyə gedirsən Armenfilmə. Bura Azərbaycanfilmdi, başa düşdün? İndi bas bayıra.

Sovetin qılıncının dalı-qabağı kəsəndə belə kişilər olub ey.